“Əl Qaidə” ABŞ ni təhdid etdi
Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
“Əl Qaidə” terror təşkilatının Ərəbistan Yarımadasında fəaliyyətində göstərən qolu Donald Trampı və ABŞ-ni təhdid edib.
“Yeni Sabah” xəbər verir ki, Vaşinqton tərəfindən təşkilatın Yəməndə yerləşən bazalarına hava zərbələri endirilməsindən sonra “Əl Qaidə”nin regional lideri Səəd bin Ətif əl-Əvlaqi Birləşmiş Ştatlara məxsus hərbi və mülki obyektlərə hücumlar ediləcəyini bildirib. O, təşkilatın Şimali Afrika, Əfqanıstan və İraqda fəaliyyət göstərən aktiv qollarını da analoji addımlar atmağa çağırıb.
Qeyd edək ki, 2015-ci ildən bəri “Əl Qaidə”nin Qərb hədəflərinə ən intensiv hücumlar təşkil edən qolu məhz Ərəbistan Yarımadasında fəaliyyət göstərən qruplaşmasıdır. 2015-ci ildə Fransanın paytaxtı Parisdə “Şarli Hebdo” satirik nəşriyyatına və 2019 Pensakola hərbi bazasına hücumları məhz Ərəbistan Yarımadası “Əl Qaidə”si həyata keçirib. pizza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 07 Sentyabr 2026 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















