Icma.az
close
up
RU
Əl Şaraya qarşı 7 ayda 3 sui qəsd cəhdi olub Türklər həyatını xilas edib

Əl Şaraya qarşı 7 ayda 3 sui qəsd cəhdi olub Türklər həyatını xilas edib

Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.

Suriyada Əsəd rejimini devirərək hakimiyyətə gələn Əhməd Əl-Şaranın son 7 ayda 3 ayrı sui-qəsd cəhdindən sağ çıxdığı üzə çıxıb.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, İsrail mediası Türkiyə təhlükəsizlik qüvvələrinin Şaranın həyatını dəfələrlə xilas etdiyini yazıb.

Belə ki, İsrailin "Yedioth Ahronoth" qəzeti son 7 ayda Əhməd Əl-Şaraya qarşı üç sui-qəsd cəhdinin edildiyini iddia edən xəbər yayıb.

Bu cəhdlərin arxasında İŞİD-ə bağlı ünsürlərin dayandığı bildirilən yazıda Şaranın xüsusilə ilk hücum zamanı Türkiyə təhlükəsizlik qüvvələrinin sayıqlığı sayəsində sağ qaldığı vurğulanıb.

İlk cəhd Əhməd Əl-Şaranın Dəməşqdə Prezident Sarayından çıxışında olub.

İkinci cəhd Suriyanın İordaniya sərhədi yaxınlığındakı Dəra əyalətində baş verib.

Əhməd Əl-Şaranın bölgəyə səfəri zamanı Suriya və Türkiyə təhlükəsizlik qüvvələri konvoy yolunda iki şübhəli şəxsi zərərsizləşdiriblər.

Bu hadisə barədə də ictimaiyyətə məlumat verilməyib.

Üçüncü və ən təhlükəli cəhd Şaranın Dəməşq daxilində müəyyən edilmiş marşrutlarından birində baş verib.

İsrail mediası Şaraanın tez-tez istifadə etdiyi marşrut üzərində qurulan silahlı pusqusunun son anda aşkar edilərək qarşısının alındığını iddia edib.

Bu cəhddən sonra Şaranın qəfil Dəməşqi tərk etməsi həm yerli, həm də beynəlxalq dairələrdə spekulyasiyalara səbəb olub.

Mikayıl

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 22 İyul 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see160

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see139

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see134

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see131

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see130

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see130

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see122

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri