Əlahiddə Ümumqoşun Orduda hərbi vəzifəlilərlə təlim toplanışı keçirilir
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 22 avqust, AZƏRTAC
Bu ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı başlayıb.
Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a verilən məlumata görə, ehtiyatdan çağırılan hərbi vəzifəlilər qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunublar.
Hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılıb, həmçinin təhlükəsizlik qaydaları və dövlət sirrinin mühafizəsi üzrə vacib məlumatlar çatdırılıb.
Qeyd edək ki, hərbi vəzifəlilərin döyüş hazırlığının artırılması məqsədilə bilik və bacarıqlarının, eləcə də təlim sahəsində praktiki vərdişlərinin təkmilləşdirilməsi üçün toplanışda müxtəlif tapşırıqların icra edilməsi planlaşdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 22 Avqust 2025 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















