Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının ildönümü qeyd olunub VİDEO
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Təlim və Tədris Mərkəzində ƏÜO-nun yaradılmasının 12-ci ildönümü ilə əlaqədar təntənəli tədbir keçirilib.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, MN-in və ƏÜO-nun şəxsi heyətinin, eləcə də digər qonaqların iştirak etdiyi tədbirdə Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbir iştirakçılarını salamlayan ƏÜO komandanı general-leytenant Kənan Seyidov müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrikini şəxsi heyətə çatdırıb, kollektivi təbrik edib.
Sonra Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu prosesini, ötən müddətdə aparılan islahatları əks etdirən videoçarx nümayiş etdirilib.
ƏÜO-nun Təlim və Tədris Mərkəzinin yaradıcı kollektivinin iştirakı ilə milli rəqslər, vətənpərvərlik mahnıları ifa edilib.
Sonda xidməti vəzifələrinin yerinə yetirilməsində fərqlənmiş hərbi qulluqçular və mülki işçilər mükafatlandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 18 Dekabr 2025 19:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















