Icma.az
close
up
RU
Elan olunmamış raket savaşının bir həftəsi: İran ağır itkilər verir, amma...

Elan olunmamış raket savaşının bir həftəsi: İran ağır itkilər verir, amma...

Icma.az bildirir, Ayna portalına istinadən.

Mərkəz rəhbəri: “ABŞ-ın müharibəyə qoşulması barədə müzakirə gedir və bu ehtimal artmaqdadır”

İsraillə İran arasında elan olunmamış müharibə bir həftədir ki, davam edir. Dünən axşam saatlarında İsrail İrana qarşı hava zərbələrinin üçüncü dalğasına başlanıldığını elan edib. İsrail ordusunun rəsmi nümayəndəsi, briqada generalı Efi Defrin brifinq zamanı deyib ki, üçüncü zərbə dalğası başlayıb və İranın qərb bölgəsində cəmlənib: “İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri yer-yer tipli raketlərin yerləşdiyi anbarlar və buraxılış qurğuları üzərində uçuşlar həyata keçirir. İstiqamət, əvvəllər vurulmuş obyektlərə yenidən daxil olmağa və oradan sursat çıxarmağa çalışan İran hərbçiləridir”.

Onun sözlərinə görə, İsrail İranın hərbi potensialını bərpa etməsinə imkan vermək niyyətində deyil.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İrana kütləvi aviazərbələr endirməyə başlayıb. Zərbələr zamanı İranın nüvə obyektləri, generalları, nüvə alimləri, aviabazaları, hava hücumundan müdafiə sistemləri və ballistik raketləri hədəf alınıb. Tehran isə buna cavab olaraq İsrailin hərbi bazalarına və sənaye obyektlərinə ballistik raket və PUA hücumu həyata keçirib. Hücumlar nəticəsində hər iki tərəfin mülki əhalisi arasında itkilərin sayı artır. Hazırda qarşılıqlı hava zərbələri davam edir.

Müharibənin gedişi ilə bağlı AYNA.AZ-ın suallarını cavablandıran “Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu əvvəlcə onu deyib ki, deyib ki, əvvəlcə müharibənin səbəblərinə baxmaq lazımdır:

- Savaş üç səbəblə izah edilir: İranın nüvə silahı əldə etməsi təhlükəsi, bölgədə İranın təsirini azaltmaq və Yaxın Şərqi yenidən dizayn etmək istəyi. Birinci səbəblə bağlı maraqlı bir hal var. “İran nüvə silahı hazırlayır və tezliklə nüvə silahı əldə edəcək” məlumatı hələ mətbuatda ilk dəfə 1993-cü ildə yazılıb. 32 il bundan əvvəl indi İsrailin Baş naziri olan Benyamin Netanyahu bəyan edib ki, İran nüvə silahı istehsalı ilə məşğuldur və üç aya silahı əldə edəcək. Təsəvvür edin ki, 32 ildir bu mövzu Netanyahu tərəfindən istismar olunur. 2015-ci ildə İranla 6 ölkə arasında iranın nüvə proqramına dair razılaşma əldə olundu, amma 2018-ci ildəo vaxt da ABŞ Prezidenti olan Donald Tramp həmin anlaşmadan çıxdı. Bundan sonra İran da bəyan etdi ki, artıq Tehran üzərində heç bir öhdəlik yoxdur. İran bildirdi ki, üranın zənginləşdirilməsi işini davam etdirir. Həmin vaxtdan 7 il vaxt keçib, İranın bu gün də nüvə silahı yoxdur. Demək ki, İsrailin iddiası əsaslı deyil. Biz bu gün beynəlxalq hüququn böhran yaşadığını görürük. Baxın, Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başlayır, adını isə “xüsusi hərbi əməliyyat” qoyur. Rusiya Ukraynaya qarşı bütün müharibə vasitələrindən istifadə edir, amma buna “müharibə” deyənləri mühakimə edir. İsrail bəyan edir ki, İrana qarşı hərbi əməliyyata başlayır. Beynəlxalq hüquqa görə, müharibə qaçılmaz olduğunda dövlətlər bir-birinə müharibə elan edirlər. Amma biz görürük ki, nə Rusiya-Ukrayna, nə də İsrail-İran müharibəsi elan olunub. ABŞ o vaxt İraqa qarşı müharibəyə başlayanda ortaya bəhanə qoyurdusa, bu gün heç o bəhanə də yoxdur. Demək ki, beynəlxalq hüquq tapdaq altındadır. Üstəlik, İsrail əvvəlki iki tələbinə üçüncünü də əlavə edib ki, bu da hələlik yerinə yetirilməsi mümkün görünməyən haldır. Bunlar əlbəttə, müharibənin gedişinə və geniş miqyas almasına səbəb olur.

- Üçüncü tələb hansıdır?

- İsrailin birinci tələbi İranın nüvə proqramının sıradan çıxarılması, ikinci tələbi İranın raket proqramının sıradan çıxarılması idisə, bir bənd də əlavə edib ki, İranda rejim dəyişməlidir. Amma bu gün bu, real görünmür. Baxın, 2010-cu ildə Bəşər Əsəd rejiminə qarşı Suriyada etirazlar başladı və 2011-ci ildə bu, vətəndaş müharibəsinə çevrildi. Həmin vaxt Suriyanın tərəfində İran və Rusiya, Suriyanın əleyhinə isə Türkiyə, İsrail, ABŞ, Avropa İttifaqı və bir sıra ərəb ölkələri – Qətər, Səudiyyə Ərəbistanı idi. Lakin Suriyada rejim bundan 15 il sonra dəyişdi. Demək istədiyim odur ki, İranda rejim dəyişikliyinin tezliklə baş verəcəyi gözlənilmir. Bu, hesab edirəm ki, inmformasiya təbliğatıdır. Bir ölkədə rejimin dəyişməsi üçün siyasi şərait olmalıdır. Tutaq ki, İran Prezidenti də, Ali Rəhbər də qətlə yetirilib. Onu hansı siyasi qurum əvəzləyəcək? Əgər eləyəcək qurum varsa, bu elə hakimiyyətin içərisindən çıxan olacaq və o da daha sərt, daha radikal olacaq. Çünki İranda başqa siyasi qurum yoxdur. Ona görə də, İranda rejimin dəyişməsini gözləmək absurddur.

- İranın məğlub olacağı, yaxın günlərdə kapitulyasiyaya gedəcəyi barədə fikirlər var. Sizcə, müharibənin gedişi nə vəd edir?

- İlkin mərhələdə məlum oldu ki, İran bir çox parametrlər üzrə İsraildən geridədir, xüsusilə də texniki və texnoloji parametrlər üzrə. Məlumdur ki, İran generalları, alimləri, siyasətçiləri gecə vaxtı evinin içərisində qətlə yetirildi. Yeri gəlmişkən, beynəlxalq hüquqa əsaslansaq, müharibə elan etmədiyin bir ölkənin hərbçilərinə, siyasətçilərinə, alimlərini qətlə yetirmək terrorçuluqdur. Rusiya bu gün Ukraynada etdiyini İsrail İranda edir. İran da İsrailə qarşı bu vaxtadək eyni addımları atıb. Müharibənin gedişatına gəlincə, demək olar ki, İran ağır itkilərə məruz qalır. İrana qarşı genişmiqyaslı əməliyyat aparılır, ölkənin hava məkanı deyilənə görə, İsrailin nəzarətindədir. Təbii ki, informasiya savaşı da aparılır, dezinformasiyalar yayılır, bu öz yerində. Amma etibarlı məlumat mənbələri var ki, onlar da fikir bildirməyə imkan tanıyırlar. Nəzərə almaq lazımdır ki, ortada İranın da cavab zərbələri var və bu zərbələr İsrailə kifayət qədər ziyan vurub. İranı heç kim zəif bilməsin. Məsələ burasındadır ki, hazırda ABŞ-ın müharibəyə qoşulması barədə müzakirə gedir və bu ehtimal artmaqdadır. Məlumdur ki, ABŞ tanker təyyarələrini Avropaya köçürür. Bu tanker-təyyarələr qırıcıların havada yanacaqla təchiz olunmasına xidmət edir. Sual olunur: ABŞ nəyə hazırlaşır? Ola bilsin ki, İsrail indiki mərhələdə dirənir, irəliləyə bilmir. Bu baxımdan, ABŞ-ın müharibəyə qoşulması ehtimalı çoxalır.

- Amma İsrail hücumları davam etdirdiyi bəyan edib və bildirilib ki, üçüncü dalğa başlayıb...

- İsrail bəyan edir ki, məqsəd İranın nüvə proqramını tam sıradan çıxaracaq. Mütəxəssislər isə bildirir ki, İranın Fordoda bir nüvənin zənginləşdirilməsi mərkəzi var ki, bu mərkəz dağlarda, dərinlikdə, bunkerdə son dərəcə müdafiə olunmuş ərazidə yerləşdirilib və onu asanlıqla zərərsizləşdirmək mümkün deyil. Bu mərkəzi vurmaq üçün xüsusi dərinlik silahlarından istifadə edilməlidir ki, bu silahlardan İsraildə yoxdur, yalnız ABŞ-dadır. Bundan başqa  da, həmin bombaları İsrail aviasiyası ilə daşımaq qeyri-mümkündür. Demək ki, ABŞ-ın müdaxiləsini İsrail zəruri hesab edir. Yəni bu mərhələdə İsrailin dirənməsi və ABŞ-ın müdaxiləsi istisna deyil. İsrail üçüncü dalğanı elan edir, amma məqsədinə tam olaraq bununla çata biləcəkmi? Əlbəttə, az mümkündür. Bunun üçün ABŞ-ın müdaxiləsi lazımdır. ABŞ müdaxilə edəcəkmi? Hələlik Ağ Ev rəsmiləri qərar verməyiblər. Dünən qapalı toplantı keçirilib və müharibəyə qoşulmaq qərarı verilməyib. Sonrakı mərhələdə hansı addım atılacaq, qarşıdakı günlərdə bəlli olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://ayna.az
archiveBu xəbər 19 İyun 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see304

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see225

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see216

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Ən bahalı gənc futbolçular SİYAHI

06 Noyabr 2025 07:41see166

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see147

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see137

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see137

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see136

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see134

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see131

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see131

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see129

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see129

ÇL: Qarabağ Çelsi oyunu bərabərə bitib

06 Noyabr 2025 07:44see126

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see123

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see122

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see121

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri