Icma.az
close
up
RU
Elariz Məmmədoğlunun qızı İFADƏ VERDİ: 4 milyonluq MƏHKƏMƏ İŞİ

Elariz Məmmədoğlunun qızı İFADƏ VERDİ: 4 milyonluq MƏHKƏMƏ İŞİ

Icma.az, Lent az saytına istinadən bildirir.

İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə çağırılması nəzərdə tutulan şahidlər iştirak edib.

Vəkil Samir İsayevin suallarını cavablandıran şahid Günel Alışan Elariz qızı bildirib ki, onun yoldaşı ilə əlaqəsi 9 apreldə kəsilib: "Mənə dedi ki, işdəyəm. Oradan çıxıb Babək Məmmədovla görüşə gedəcəyini dedi. Mən də uşaqları bağçadan götürməyə getdim. Ona zəng edib soruşdum ki, haradadır? Cavab vermədi. 24 saat saat gözlədik, xəbər gəlmədiyi üçün aprelin 10-da 28 saylı polis şöbəsində ərizəmi yazdım. 11 aprel mənə onun öz nömrəsindən zəng gəldi. Dedi ki, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsindədir və burda hər şey qaydasındadır. Vəkil tutdum və müqavilə imzalandı. Aprelin 17-si vəkildən imtina etdik. Sonra dedilər ki, artıq gecdir. Nizamini Kürdəxanıya göndərdilər".

Şahid cinayət işi ilə bağlı sualları cavablandırmaq istəmədiyini bildirib.

Nizami Alışan bildirib ki, ona əgər vəkildən imtina etməsə yoldaşının da cinayətlə əlaqəsi olduğunu, bu işdə onunla ortaq olduğunu sənədlərə qeyd edəcəklərini deyiblər.

Digər şahid Rövşən Dadaşov Tağı oğlu hazırda 2 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. O, ötən aylarda Cinayət Məcəlləsinin 178.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunub. 2002-2022-ci illərdə treninqlər üzrə konsultant vəzifəsində İnvest.az-da çalışıb: "Çalışdığım dövrlərdə Nizami Alışan bizə treninqlə bağlı müraciət edib. Ona bu sahəni mən öyrətmişəm. Daha sonra N.Alışan özü bu sahə ilə sərbəst şəkildə məşğul olub. Öz analizlərini aparıb və maliyyə bazarına çıxıb. Bu sahə dedikdə, maliyyə bazarlarında birjalar, yatırımlar edərək ticarətlə məşğul olmağı nəzərdə tuturam. Bizim onunla müntəzəm əlaqəmiz olub. O, İnvest.az-ın maliyyə şöbəsi ilə əməkdaşlıq edib, mədaxil-məxariclər ediblər. Mən mühasibatlıqda çalışmıram deyə dəqiq məlumat verə bilmirəm".

Növbəti proses iyulun 7-nə təxirə salınıb.

Qeyd edək ki, ittihama görə, təqsirləndirilən Nizami Alışan özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. O, Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib.

Zərərçəkmişlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 AZN) təşkil edir.

Ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham irəli sürülüb.

İş üzrə zərərçəkən qismində 3 nəfər - Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov tanınıb.

Əlavə edək ki, Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, hazırda Amerikada yaşayan müğənni Elariz Məmmədoğlunun kürəkənidir.

Fidan Fərmanlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://lent.az
archiveBu xəbər 30 İyun 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see145

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see143

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see132

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see132

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri