“Əlbəttə, hədəfimiz elitaya yüksəlməkdi” yeni qazon bu klubu həvəsləndirdi
Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.
AFFA tərəfindən Binə qəsəbə stadionunda süni ot örtüyünün yenilənməsi işləri başa çatıb. Yeni ot örtüyü ən son müasir standartlara cavab verir və artıq FİFA-dan lisenziya alan laboratoriya tərəfindən test edilib.
Testin nəticəsinə uyğun olaraq süni ot örtüyünün FİFA Quality Pro sertifkatına uyğunluğu təsdiqlənib. Bildiyiniz kimi, 1-ci liqada mübarizə aparan “Baku Sportinq” ev oyunlarını məhz həmin stadionda keçirir.
Ot örtüyünün yenilənməsinin bütün xərclərini AFFA qarşıladı, yoxsa sizin də hansısa rolunuz var? Yeni ot örtüyü elitaya yüksəlməklə bağlı planlarınıza təsir edirmi?
Bu sualları “Baku Sportinq”in mətbuat xidmətinin rəhbəri Araz Əhmədova ünvanladıq:
“Bütün xərcləri federasiya qarşıladı. Hətta Binə qəsəbə stadionunda sökülən köhnə sintetik örtüyü bizim kluba verdi. Buna görə AFFA-ya təşəkkür edirik. Əlbəttə, hədəfimiz elitaya yüksəlməkdi. Bu baş verərsə, Binə qəsəbə stadionunda infrasturkturun müasirləşməsi üçün maliyyəni də ayırmağa hazırıq”.
ƏSƏD SEYİDOV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 15 Fevral 2025 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















