Icma.az
close
up
RU
“Əlbəttə, penalti qazansam, Emilə verərəm” “Karvan”ın iki bombardiri var

“Əlbəttə, penalti qazansam, Emilə verərəm” “Karvan”ın iki bombardiri var

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Futbol üzrə ölkə çempionatının 1-ci liqasında mübarizə aparan “Karvan” 44 dəfə rəqib qapılarına yol tapmağı bacarıb.

Maraqlıdı ki, 44 qoldan 24-ü iki futbolçunun hesabındadı. Bu gün həm Bəhruz Teymurov, həm də Emil Qasımov 12 qolla bombardirlik uğrunda yarışırlar. Bəhruzla bəzi məsələlər ətrafında söhbətləşdik.
- Komanda yoldaşınla bombardirlik uğrunda mübarizə aparmaq necə hissdi?
- Mən də bombardir olmaq istəyirəm. Bu hər bir futbolçunun arzusudu. İndiki vəziyyətdə bombardirlik yox, hər oyun meydana çıxıb, komandama qələbə qazandırmaq mənim üçün önəmlidi.
- Penalti qazansan, özün vurarsan, yoxsa komanda yoldaşına şans verərsən?
- Əlbəttə, penalti qazansam, Emilə verərəm. Emil cavandı, gələcəyi var. Onun bombardir olmasını istəyərəm.
- Çoxları “Qəbələ”nin səviyyəsinə görə digər 1-ci liqadakı qalan komandaları açıq-aşkar üstələdiyini düşünür. Bu fikirlə razısanmı?
- Düz fikirləşirlər. “Qəbələ”nin hər cür şəraiti var. Premyer-liqaya layiq komandadı. “Qəbələ”nin təkcə adı 1-ci liqadadı. Bütün şəraiti elita səviyyəsindədi. Çempionluğu layiqincə qazandı. Bütün komandalar da qəbullanır. Onları təbrik edirəm. Bizim də məqsədimiz mövsümü 2-ci yerdə bitirib, elitaya yüksəlməkdi. Premyer-liqanın atmosferi fərqlidi.
- “Karvan”ın elitaya gəlişi premyer-liqaya nə verəcək?
- Yevlaxda futbolu izləyənlər çoxdu. 1-ci liqada tamaşaçı sayına görə ilk pillədəyik. İndiki durumda valideynlər uşaqlarını futbola qoyur. Yaxşı oynayanlar da var. Özüm də iki oğlumu futbola cəlb etmişəm. Böyük oğlumu “Qəbələ” götürür.
- “Karvan”ın maliyyə durumu necədi?
- “Qəbələ”ni çıxmaq şərti ilə ən qəşəng baza bizdədi. AFFA-dan da gəlib baxıblar. Fikrimcə, bəyəndilər. Ot örtüyü problemimiz var. Rəhbərlik də hər şeyi edəcəyini deyir. Maliyyə baxımından problemimiz yoxdu. Maaşlarımızı vaxtında ödəyirlər.
- Başqa klublardan təklif olsa, gedərsən, yoxsa elitada məhz “Karvan”la oynamaq istəyirsən?
- Getmərəm. Premyer-liqaya yüksələndən sonra komanda məni saxlamaq istəsə, indiki kimi əlimdən gələni edərəm. Öz azarkeşlərimin qarşısında oynamaq və onları sevindirmək istəyirəm. Dövrələrarası fasilədə “Qəbələ”dən mənə təklif gəldi. Çempionun kim olacağı bilinmirdi. Amma mən komandamı qoyub getmədim.
- Azarkeşlərinizə nə demək istəyirsən?
- Aprelin 11-də ağır oyunumuz var. Onların dəstəyini gözləyirik. “İmişli”ni məğlub etmək, azarkeşlərə qələbə sevinci yaşatmaq istəyirik. Azarkeşlərimizə çox-çox təşəkkür edirəm. Hər oyun dəstək olurlar.
ƏSƏD SEYİDOV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 Aprel 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see342

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see208

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see202

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see186

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see156

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see156

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see135

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see133

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

“Dünya Bankı Azərbaycanda bank reallığını səhv ölçür” Əkrəm Həsənov

03 Yanvar 2026 17:39see129

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri