Icma.az
close
up
RU
Əlbir olub üç Hacı gör neylədi… “Yeni Masazır” MTK nın sahibinə tikilən “torba”

Əlbir olub üç Hacı gör neylədi… “Yeni Masazır” MTK nın sahibinə tikilən “torba”

Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müstəqil.Az-a iş adamı Rafiq Rüstəmov müraciət edərək, bir vaxtlar onun təşəbbüsü ilə yaradılan tikinti şirkətini işbirliyi qurduğu adamların mənimsədiyindən bəhs edir.

Müraciəti olduğu kimi təqdim edirik:

“2013-cü ildə tanışım Şövqi Dadaşovla Masazırda mənim təşəbbüsümlə 4 hektar torpaq sahəsi aldıq. Torpaqdan hər birimizə 50% olmaqla pay müəyyənləşdirdilər və  rəeəfimizdən “Yeni Masazır” MTK yaradıldı. Daha sonra birlikdə Abşeron rayon icra hakimiyyətindən ümumi sahəsi 156 000 m² olan 26 bloklu, 12 mərtəbəli yaşayış binasının tikintisi üçün sərəncam alıb işə başladıq.

Şövqi Dadaşov

Tikintiyə başlamazdan əvvəl Şövqi mənə təklif etdi ki, onun Masallı rayonundan tanışları var və bizə şərik olub, bizimlə işləmək istəyirlər. Razılaşdıq. Tütün məhsullarının satışı ilə məşğul olan, Masallı rayonunun Boğargah qəsəbə sakini Talıbzadə Rafiq adlı  həmkəndlisini mənimlə tanış etdi. 4 hektar torpaq sahəsini üç paya böldük və yeni sərəncam alındı.

Tikintiyə başlamaq istəyəndə Şövqi yenidən mənə təklif etdi ki, Talıbzadə Rafiqin Hacı Saleh adlı tanışı var, kargo işi ilə məşğuldur. Onun da bizim torpaq sahəmizin yaxınlığında 1 hektar torpağı var. Hacı Saleh Talıbzadə Rafiqə olan şəxsi pul borcunu ödəyə bilmədiyi üçün bizi şərik etmək istəyirdilər. Torpağın qiymətləndirilməsi təklif olundu və mənimlə Şövqi vəsait qoyaraq onlara şərik olaq dedilər.

Mən Şövqiyə etiraz etdim ki, əvvəlcə öz torpağımızda tikintiyə başlayaq. O isə məni əmin etdi ki, onların hər ikisi yaxşı adamlardır, pulları var, amma tikintini  bilmirlər. Təbii ki, mən Şövqiyə inandım.

Daha sonra ikinci “Yeni Masazır A” MTK yaradıldı. Dörd nəfər şərik olduq və hər birimizə 25% pay düşdü. Hər şey normal başladı. Abşeron rayonunda olan əlaqələrim hesabına işlər qaydasında gedirdi. Tikinti işlərinə və mənzillərin satışına Şövqi Dadaşov rəhbərlik edirdi və mən ona çox inanırdım.

Dörd blok tikilib qurtardıqdan sonra Şövqi başda olmaqla, mənə qarşı oyunlar qurmağa başladılar. Hər üç şərik Hacı idi və Masallı rayonundan idilər. İlk vaxtlar buna məhəl qoymadım. Lakin pul artdıqca yollarını azdılar. Ətrafımdakı insanları şantaj etməyə başladılar.

Şövqiyə iradımı bildirdim ki, bu nə oyundur oynayırsınız. O isə “bilmirəm” dedi. Şəriklər deyirlər ki, mən buradan getməliyəm. Səbəbini soruşanda çiyinlərini çəkirdi. Həmin vaxt sağlamlığımda problemlər yarandı və qorxdum ki, aramızda faciə baş verə bilər. Əsəbləşdim və Şövqiyə dedim ki, mayamı götürüb gedirəm. Elə də etdim.

Alqı-satqı yolu ilə hər iki MTK-dan imtina etdim. Mənə verilməli olan pulu 1 il 7 ay ərzində, qəpik-qəpik ödədilər. Sonradan bildim ki, Talıbzadə Rafiq və Hacı Saleh çirkin işlərlə məşğul olduqları üçün həbs olunublar. Mənə qarşı olan üç Hacının münasibətini araşdırmaq üçün köhnə şəriklərim Rafiq Talıbzadə və Hacı Salehin Kürdəxanı təcrid xanasında yanlarına getmişəm, sual vermişəm ki, niyə mənə qarşı haramçılıq edirsiniz? Bu hər iki MTK-nı mən yaradmışam , bütün işləri də mənim hesabıma düzəlib. Və bildirmişəm ki, gec-tez bunun cavabını verəcəksiniz. Mənə bildiriblər ki, sənin şəriklikldən getməyinə istəməmimişik, bunun hamsını Şövqi edibdi.

Dadaşov Şövqiyə inanmağıma çox peşman oldum. Onlar 1 hektar sahədə tikilən 8 blokdan hər biri təxminən 1 milyon manat qazanc əldə etdilər. Bundan əlavə, çoxlu sayda obyektlər qaldı ki, bu gün onların təxminən 30 000 manata yaxın aylıq icarə haqqı alırlar. Hal-hazırda 4 hektar sahədə olan binaların tikintisi davam edir və təxminən 40 milyon manat mənfəət gözlənilir”.
Rafiq Rüstəmov sonda qeyd edir:

Başa düşə bilmirəm, insan Hacı ola-ola bu qədər nankor və nəfsi bu qədər əyri necə ola bilər. İstəyirəm ki, bu məsələ ictimailəşsin və hüquq-mühafizə orqanlarının diqqətində olsun.

P.S. Müstəqil.Az qarşı tərəfin də fikirlərinə yer ayırmağa hazırdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://adalet.az
archiveBu xəbər 13 Yanvar 2026 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see193

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see184

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see171

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see167

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see148

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see137

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri