Icma.az
close
up
RU
Elbrus Paşayev iki yüz minlik “Lexus”u hansı məqsədlərlə alır

Elbrus Paşayev iki yüz minlik “Lexus”u hansı məqsədlərlə alır

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

“Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu” publik hüquqi şəxsi “Lexus GX550” markalı avtomobilin satın alınması üzrə başladığı açıq tendrə yekun vurub. Birmənbədən satınalma metodu ilə keçirilmiş tenderin qalibi “LEXUS BAKI” MMC olub və tərəflər arasında 198.900 manat manat məbləğində müqavilə bağlanılıb. Məlumat satınalmaların portalında 27.05.2025-ci ildə dərc edilib.
Apardığımız araşdırma zamanı məlum oldu ki, Azərbaycanın avtomobil alqı-satqısı saytı Turbo.az-da yerləşdirilimiş elanda 0 km, 2024-cü il Lexus GX550 markalı avtomobilin qiyməti 128 000 ABŞ dollarınadır. Bəs maraqlıdır, Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutuna belə bahalı bir avtomobilin alınmasına ehtiyac haradan yaranıb. Yaxud da belə bir bahalı avtomobilin alınmasına nə kimi zərurət olub?
Qeyd edək ki, Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu Prezident İlham Əliyevin 17 noyabr 2023-cü ildə imzaladığı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərmana əsasən, qurumun tabeliyində yaradılan 5 publik hüquqi şəxsdən biridir.
Məlum Fərmandan sonra qurum “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”nın Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu “Azdövsutəslayihə”nin və tabeliyindəki “Azərsu”yun “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun çevrilmə formasında yenidən təşkili yolu ilə Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutuna çevrilib. 2024-cü ilin may ayında isə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu (“Azdövsutəslayihə”) və “Azərsu” ASC-nin “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutu ləğv edilib. Ləğv edilən institutlar birləşdirilərək Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu publik hüquqi şəxs yaradılıb. Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu publik hüquqi şəxs onların hüquqi varisi hesab edilib.
Xatırlatmaq istərdik ki,İnstitutun əsas fəaliyyəti su təsərrüfatı obyektləri üzrə layihə-axtarış işlərinin həyata keçirilməsindən ibarətdir. Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycanda tək olan bu İnstituta artıq uzun illərdir ki, Elbrus Paşayev rəhbərlik edir. Sözügedən şəxsin instituta rəhbərlik etdiyi son illərdə nə kimi layihələrin həyata keçirilməsi barədə konkret məlumatlar yoxdur. Amma Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətin sabiq sədri Əhməd Əhmədzadə ilə əlbir olub faydasız layihələrdən qazanc əldə etmələri barədə yetərincə məlumatlar saymaq olar. Buraya uzun müddətdir ki, hər il su təsərrüfatını yaxşılaşdırmaq məqsədi ilə beynəlxalq maliyyə institutlarından kredit və qrant şəklində külli miqdarda maliyyə vəsaitləri verilir.
Hələ 2020-ci ilin iyulun 23-də Prezident İlham Əliyev su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirdiyi müşavirədə ölkədə yaranmış su çatışmazlığının səbəbləri barədə danışarkən bildirmişdi ki, “Son vaxtlar mənə yerlərdən hər gün məktublar gəlir. Quraqlıq və bəzi hallarda aidiyyəti qurumların laqeyd münasibəti nəticəsində çox ciddi problemlər yaranıbdır. Daha çox fermerlər, sahibkarlar yazırlar, gündə təqribən 10-dan çox rayondan məktublar gəlir.”
Ölkə başçısı daha sonra çıxışında vurğulamışdı ki, “Azərsu, meliorasiya qurumları, sadəcə olaraq, dövlət investisiya proqramı müzakirə olunarkən fəallaşırdılar ki, onlara nə qədər dövlət büdcəsindən pay düşəcək. Bəzi hallarda onların təklif etdikləri layihələr, ümumiyyətlə, diqqətəlayiq deyildi. Sadəcə olaraq görürdüm ki, burada məqsəd dövlət vəsaiti götürüb ondan istifadə etməkdir. Amma ondan sonra bu layihələrin səmərəliliyinə kimsə baxıb? Kimsə bunu təhlil edib? Yox. Ona görə bəzi böyük həcmdə investisiya qoyulmuş layihələr faktiki olaraq heç bir səmərə verməyib. Necə ola bilər ki, suyun mənbəyi düzgün təhlil edilmir?”
Bəs dövlət tərəfindən verilən bu qədər vəsaitin qarşılığında institutun layihələri nə üçün səmərəsiz, faydasız olub. Çünki bölgələrdə su çatışmazlığının aradan qaldırılması, yeni su mənbələrinin axtarılması üçün ezam olunanların fəaliyyəti əslində formal bir şey olub. Amma Elbrus Paşayevin rəhbərlik etdiyi qurum hər il yüksək keyfiyyətli işlərin görülməsi barədə yalan hesabatlar verib. Üstü açıldığında isə ölkə başçısına min cür yalanlar danışılıb və İlham Əliyevin qeyd etdiyi kimi: “Sonradan min dənə bəhanə gətirirlər ki, belə oldu, elə oldu, su çatmadı, yeni mənbə axtarmalıyıq, yenə vəsait verin, yeni mənbə axtaracağıq.” – deyə məsuliyyətdən yaxa qurtarmağa çalışıblar.
Qeyd edək ki, hələ 2011-ci ildə Baş nazir “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərar imzalayıb. Qərarda bildirilir ki, məqsəd dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlar tərəfindən xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələrinin alınması və istismarı zamanı büdcə vəsaitlərinin səmərəli istifadə olunmasını təmin etmək, bu sahədə nəzarəti gücləndirmək və normativ hüquqi bazanı təkmilləşdirməkdir. Eyni zamanda baş nazir dövlət orqanlarına tapşırıb ki, xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələrinin dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər çərçivəsində alınması, təyinatı üzrə istifadəsi və saxlanılmasına nəzarəti gücləndirsinlər və bu sahədə neqativ hallara yol verilməsinin qarşısını alsınlar.
Bununla bağlı Prezident İlham Əliyev də dəfələrlə məmurları, dövlət qurumlarını Azərbaycanın özündə istehsal olunan avtomobillərdən istifadə etməyə çağırıb. Amma görsənən odur ki, “Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu”nun direktoru Elbrus Paşayev ölkə başçısının bu çağırışlarını qulaq ardı edərək iki yüz min manat civarında avtomobil alır. Həm də bunu Azərbaycanda su təsərrüfatı obyektləri üzrə layihə-axtarış işlərinin həyata keçirilməsini yaxşılaşdırmağa yox, şəxsi rahatlığını təmin etmək üçün.
Aktualinfo.org

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 29 May 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see187

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see187

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see160

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see156

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see155

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see150

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see150

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see138

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see137

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see135

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri