Elçe nin kapitanı xanımın şikayəti əsasında saxlanılıb
Icma.az, sport24.az portalına istinadən məlumat yayır.
İspaniya təmsilçisi "Elçe"nin kapitanı Xosan (Josan) həyat yoldaşının təhqir və ya zorakılıq iddiası ilə etdiyi şikayətdən sonra saxlanılıb. Futbolçu hazırda Oriuela şəhərindəki məhkəmədədir və hüquqi statusu ilə bağlı qərarı gözləyir. Sport24.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Mənbənin sözlərinə görə, cütlük boşanma ərəfəsindədir və onların iki övladı var. Bildirilir ki, şikayətdə təhqiramiz məzmunlu WhatsApp mesajlarına, həmçinin şikayətçinin iddia olunan hadisələrlə əlaqələndirdiyi bədən xəsarətlərinin (göyərmələrin) fotoşəkillərinə istinad edilir.
Bu arada, Xosan və həyat yoldaşı Roza Duarte birgə bəyanat yayıblar. Onlar boşanma prosesində olduqlarını təsdiqləyib və şəxsi həyatlarına hörmətlə yanaşılmasını xahiş ediblər.
Qeyd edək ki, "Elçe"nin kapitanı işin bütün təfərrüatları müəyyən edilənə qədər təqsirsizlik prezumpsiyası hüququna malikdir.
Baxış sayı:68
Bu xəbər 08 Oktyabr 2026 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















