Icma.az
close
up
RU
Əlcəzair Fransadakı konsulluq əməkdaşının həbs müddətinin uzadılmasını kəskin şəkildə pisləyib

Əlcəzair Fransadakı konsulluq əməkdaşının həbs müddətinin uzadılmasını kəskin şəkildə pisləyib

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əlcəzair Xarici İşlər Nazirliyi Fransa səfirliyinin Əlcəzairdəki müvəqqəti işlər vəkilini çağıraraq, Paris şəhərində 2025-ci ilin aprelindən bəri həbsdə olan Əlcəzair konsulluq əməkdaşının ilkin həbs müddətinin daha bir il uzadılmasına etiraz edib.

AZƏRTAC xəbər verir ki, Nazirliyin yaydığı rəsmi bəyanatda fransalı diplomatın martın 26-da Xarici İşlər Nazirliyinə çağırıldığı və ona qarşı bu qərarla bağlı ən sərt formada etiraz ifadə olundiğu bildirilib. Sənəddə qeyd edilir ki, sözügedən əməkdaş artıq 2025-ci ilin aprelindən etibarən bir il müddətində həbsdə saxlanılır.

Əlcəzair tərəfi vurğulayıb ki, bu şəxs 1963-cü il tarixli Konsulluq münasibətləri haqqında Vyana Konvensiyası çərçivəsində qorunan statusa malikdir və buna baxmayaraq, həbsdə saxlanılması qəbuledilməzdir.

Eyni zamanda, bəyanatda bildirilir ki, martın 17-də icazə verilmiş ilk konsulluq görüşü zamanı əməkdaşın məruz qaldığı qəbuledilməz rəftar barədə məlumat əldə olunub və bu da Əlcəzair tərəfinin ciddi narazılığına səbəb olub.

Əlcəzair Xarici İşlər Nazirliyi fransalı diplomata bildirib ki, bu qərar çətin əsaslandırılan, qəbuledilməz addımdır və iki ölkə arasındakı münasibətlərə qaçılmaz təsir göstərəcək.

Məlumata görə, konsulluq əməkdaşı və daha iki nəfər Fransada aparılan istintaq çərçivəsində ittiham olunublar. Bu iş Amir Buxkhors (Amir Dz kimi tanınır) adlı Əlcəzairli bloqerin oğurlanması ilə bağlıdır. Siyasi sığınacaq almış bu şəxs internetdə ölkə hakimiyyətini tənqid edən çıxışları ilə tanınır.

İttiham olunan şəxslər qanunsuz saxlanma, oğurluq və azadlıqdan məhrum etmə kimi maddələrlə üzləşirlər. Konsulluq əməkdaşının həbsi 2024-cü ilin yayından bəri davam edən ciddi diplomatik böhran fonunda baş verib.

Həbs müddətinin uzadılması iki ölkə arasında dialoqun yenidən bərpa olunmağa başladığı bir vaxta təsadüf edir. Xüsusilə, fevral ayında Fransanın daxili işlər naziri Loran Nuñez Əlcəzairə səfər edib.

Bundan əlavə, hər iki ölkənin xarici işlər nazirləri arasında baş tutan telefon danışığında tərəflər münasibətlərin gücləndirilməsi istiqamətində işləmək barədə razılığa gəliblər.

Bu hadisə isə göstərir ki, normallaşma cəhdlərinə baxmayaraq, Əlcəzair və Fransa arasında diplomatik gərginlik hələ də tam aradan qalxmayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 Mart 2026 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see614

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see542

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see388

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see293

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see291

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see266

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see265

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see255

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see254

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see253

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see227

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see225

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see224

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see222

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see221

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see221

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see220

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see217

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see216

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri