Icma.az
close
up
RU
Əlcəzairdə Marsın izi tapıldı

Əlcəzairdə Marsın izi tapıldı

Icma.az, News24 saytına istinadən bildirir.

İsveçrəli elm adamları Mars planetindəki həyat izlərinin axtarışı zamanı çox böyük irəliləyiş əldə ediblər. Medianews.az xəbər verir ki, tədqiqatçıların yeni araşdırmaları nəticəsində bəlli olub ki, Yer qayalarında tamamilə Marsda tapılan mikrob nümunələrinin bənzəri olan çoxlu sayda mikrob qalıqları var.

Bu kəşf yerdəkilərlə müqayisə oluna bilən fosilləri və Marsda həyatın sübutlarını axtarmaq üçün robot kəşfiyyat missiyalarına daha da geniş yol açır.

News24.az bildirir ki, “Frontiers” jurnalında dərc olunmuş məqalədə qeyd edilir ki, İsveçrədə fəaliyyət göstərən məşhur Bern Universitetinin əməkdaşı, alim Yusif Sellamın rəhbəri olduğu tədqiqat qrupu məhz belə bir yeniliyə imza atıb. Onlar vurğulayıblar ki, bu, astrobiologiyada tədqiqatlar zamanı da Mars fosillərini kəşf etmək qabiliyyətini daha ətraflı öyrənib təkmilləşdirmək baxımından yeni kəşfdir. Alimlərin fikrincə, bu elmi kəşf həmçinin Mars planetində mövcud həyat anlayışını elmi nöqteyi-nəzərdən dəyişdirə biləcək çox mühüm bir inkişaf xəttinin başlanğıcı olacaq.

Elm adamları potensial mikrob qalıqlarını yer kürəsində təbii proseslər nəticəsində yaranan qaya birləşmələrindən tamamilə ayırmaq meyarlarına əsaslanmaqla, digər bir ölkədə tədqiqat aparmalı olublar. Alimlər əvvəlcə araşdırmanın əsas hədəfi olan Əlcəzairə yollanıblar və Əlcəzairdəki Sidi Boutbal karxanası ərazisindən gips nümunələri götürüblər. Tədqiqatçılar bu tapıntını araşdırmaqla, eyni zamanda da “Qırmızı planetdə” belə oxşar hadisələrin baş verə biləcəyi ehtimalını yoxlamağa çalışıblar.

Alimlər Aralıq dənizinin təcrid olunması, suyun buxarlanması, qalın gips təbəqələrinin əmələ gəlməsi nəticəsində formalaşmış gips birləşmələri üzərində tədqiqat aparıb, bu nümunələrə xüsusi diqqət yetirməyi qərara alıblar. Alimlər bildiriblər ki, bu yataqlar Mars sulfatlarının müvafiq analoqlarını təmsil edir.

“Qırmızı planet” səthində geniş yayılmış Mars gipsi müstəsna potensiala malikdir. O, milyardlarla il əvvəl göllər və okeanlar kimi su obyektlərinin buxarlanmasından əmələ gəlib.

Nəşr yazır: “Çox sürətlə əmələ gəlmiş bu çöküntülər “hücumçuya” bənzəyir. Çöküntülər asanlıqla mikroorqanizmləri parçalanana qədər tutub saxlaya bilər və bununla digər xidmət göstərməklə, həm də onların strukturlarını, həmçinin bioloji markerlərini qoruyur”.

Alimlər elmi tədqiqatların davam etdiyini və Mars planeti ilə Yer planeti arasındakı digər ümumi cəhətləri, eləcə də oradakı həyat mühitini əhatəli öyrənmək üçün yeniliklər əldə edəcəklərinə əminliklərini ifadə ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://news24.az
archiveBu xəbər 05 Mart 2025 23:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri