Əlcəzairdə meşə yanğınları nəzarət altına alınıb
Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Əlcəzairdə bir neçə gündür tüğyan edən meşə yanğınlarının nəzarət altına alındığı, yalnız məhdud sayda yanğın ocaqlarında söndürmə işlərinin davam etdirildiyi bildirilib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Əlcəzairin daxili işlər naziri Səid Səyyud bu barədə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, son günlərlə müqayisədə ölkədə vəziyyət əhəmiyyətli dərəcədə yaxşılaşıb. Səid Səyyud qeyd edib ki, ötən həftənin cümə axşamından şənbə gününədək ölkənin müxtəlif vilayətlərində 160-dan çox yanğın ocağı qeydə alınıb. Yanğınlar bəzi vilayətlərdə bələdiyyələrin yarıdan çoxunu əhatə edib.
Nazir bildirib ki, yanğınlarla mübarizə məqsədilə 18 təyyarədən ibarət aviasiya qrupu səfərbər edilib. Onların arasında yanğınların söndürülməsi üçün nəzərdə tutulmuş 12 xüsusi təyyarə, ordunun istifadəsində olan iki iri təyyarə, həmçinin orduya və mülki müdafiə xidmətinə məxsus helikopterlər yer alıb. Bu isə yanğınların söndürülməsi əməliyyatlarının səmərəliliyini artırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 24 İyul 2026 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















