“ƏlCəzirə”: İsrailin Qəzza xəstəxanasını vurması nəticəsində yeni doğulmuş körpələr yaralanıb
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
İsrail hərbçilərinin Qəzza zolağının şimalındakı Cəbəliyə qaçqın düşərgəsindəki xəstəxananı vurması nəticəsində ən azı 6 nəfər, o cümlədən yeni doğulmuş körpələr yaralanıb.
APA xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, İsrail ordusunun tibb müəssisəsinə hücumu nəticəsində xəstəxana rəhbərliyi uşaq şöbəsini təxliyyə etməli olub.
“İsrail təyyarələri və pilotsuz təyyarələrinin hücumu zamanı uşaq şöbəsinin binaları, o cümlədən inkubatorlar olan palata, uşaqlar və yeni doğulmuş körpələr, həmçinin bir sıra xəstəxana işçiləri yaralanıb”, - deyə məlumatda bildirilir.
Əldə olunan məlumata görə hücum zamanı reanimasiya avadanlıqları və inkubatorlar tamamilə yararsız vəziyyətə düşüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 05 Noyabr 2024 06:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















