Elçibəyin Bakıdakı evi talandı
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Mərhum prezident Əbülfəz Elçibəyin Rəsulzadə qəsəbəsi, Əlixanov küçəsi, 38 ünvanında yerləşən evi qarət olunub.
Axar.az xəbər verir ki, bu barədə Bakupost.az-a mərhum prezidentin yaxınları məlumat veriblər.
Bildiriblər ki, evdən kombi və bir sıra əşyalar aparılıb.
Hadisə ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat keçiriblər. Əməliyyat nəticəsində oğurluq edən şəxs saxlanılıb. Həmin şəxs Saatli rayon sakinidir.

Elçibəyin Bakıdakı evi talandı
11 Dekabr 2024 00:34
Elçibəyin Bakıdakı evi talandı FOTO
10 Dekabr 2024 22:33

