Elçibəyin evi qarət olundu FOTO
Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
Sabiq prezident Əbülfəz Elçibəyin Rəsulzadə qəsəbəsi, Əlixanov küçəsi 38 ünvanında yerləşən evi qarət olunub.
Demokrat.az-ın "Bakupost"a istinadən məlumatına görə, mərhum prezidentin yaxınları bildiriblər ki, evdən kombi və bir sıra əşyalar aparılıb.
Hadisə ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat keçiriblər. Əməliyyat nəticəsində oğurluq edən şəxs saxlanılıb. Həmin şəxs Saatlı rayon sakinidir.
Xatırladaq ki, Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva vəfatından bir qədər əvvəl Birinci vitse-prezident Mehriban Əliyevaya Rəsulzadə qəsəbəsində yerləşən evlərinin təmiri ilə bağlı müraciət ünvanlamışdı. Bu müraciətdən sonra ev Heydər Əliyev Fondu tərəfindən ev təmir olunmuşdu.
Qeyd edək ki, Əbülfəz Elçibəy Azərbaycanın ikinci prezidenti olub və 1992-1993-cü illərdə ölkəyə rəhbərlik edib.
Bu mövzuda digər xəbərlər:Elçibəyin evi qarət olundu FOTO
10 Dekabr 2024 23:08
Elçibəyin evi qarət olundu (FOTO)
11 Dekabr 2024 09:42
Baxış sayı:80
Bu xəbər 11 Dekabr 2024 09:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















