Elçibəyin evi qarət olundu Yenilənib
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Sabiq prezident Əbülfəz Elçibəyin Rəsulzadə qəsəbəsi, Əlixanov küçəsi 38 ünvanında yerləşən evi qarət olunub.
“Qafqazinfo”nun “Bakupost”a istinadən məlumatına görə, mərhum prezidentin yaxınları bildiriblər ki, evdən kombi və bir sıra əşyalar aparılıb.
Hadisə ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat keçiriblər. Əməliyyat nəticəsində oğurluq edən şəxs saxlanılıb. Həmin şəxs Saatlı rayon sakinidir.
Xatırladaq ki, Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva vəfatından bir qədər əvvəl Birinci vitse-prezident Mehriban Əliyevaya Rəsulzadə qəsəbəsində yerləşən evlərinin təmiri ilə bağlı müraciət ünvanlamışdı. Bu müraciətdən sonra ev Heydər Əliyev Fondu tərəfindən təmir olunmuşdu.
Qeyd edək ki, Əbülfəz Elçibəy Azərbaycanın ikinci prezidenti olub və 1992-1993-cü illərdə ölkəyə rəhbərlik edib.
***
Fakta görə, Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə (oğurluq) cinayət işi başlanıb.
Əməli törətməkdə şübhəli bilinən Səmid Cəfərov polis əməkdaşları tərəfindən saxlanılaraq həbs edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 11 Dekabr 2024 10:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















