Elçibəyin evi qarət olunub KİV
Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Sabiq prezident Əbülfəz Elçibəyin Rəsulzadə qəsəbəsi, Əlixanov küçəsi, 38 ünvanında yerləşən evinin qarət olunduğu bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Bakupost.az -a mərhum prezidentin yaxınları məlumat veriblər.
Bildirilib ki, evdən kombi və bir sıra əşyalar aparılıb.
Qeyd olunub ki, hadisə ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat keçiriblər. Əməliyyat nəticəsində oğurluq etməkdə şübhəli bilinən Saatlı rayon sakini Səmid Cəfərov saxlanılıb. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə (oğurluq) cinayət işi başlanıb.
Qeyd edək ki, Əbülfəz Elçibəy Azərbaycanın ikinci prezidenti olub və 1992-1993-cü illərdə ölkəyə rəhbərlik edib.
Bu mövzuda digər xəbərlər:Elçibəyin evi qarət olundu
11 Dekabr 2024 09:43
Elçibəyin evi qarət edildi
11 Dekabr 2024 09:38
Baxış sayı:112
Bu xəbər 11 Dekabr 2024 13:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















