Icma.az
close
up
RU
Elçibəyin qohumu oğurluğun detallarını açıqladı: Bəyin maşınına da zərər dəyib

Elçibəyin qohumu oğurluğun detallarını açıqladı: Bəyin maşınına da zərər dəyib

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Xəbər verildiyi kimi, mərhum eks-prezident Əbülfəz Elçibəyin Binəqədi rayonunun Rəsulzadə qəsəbəsindəki Əlixanov küçəsi-38 ünvanında yerləşən evi qarət olunub.

Hadisə ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat keçiriblər. Əməliyyat nəticəsində oğurluq edən şəxs saxlanılıb.
Modern.az saytı hadisə ilə bağlı yeni məlumatlat əldə edib. Məlum olub ki, faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə (oğurluq) cinayət işi başlanıb.
Əməli törətməkdə şübhəli bilinən Səmid Cəfərov adlı şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq həbs edilib.

Əməkdaşımız hadisənin təfərrüatlarını öyrənmək üçün mərhum eks-prezidentin yaxın qohumu Çingiz Özgürlə danışıb.

Çingiz Özgür hadisənin təxminən 2 ay öncə baş verdiyini deyib:

"Oğurluq hadisəsi təqribən 2 ay əvvəl baş verib. Oğrunu dərhal tutublar. Azərbaycan polisi çox ciddi işləyib. Bir neçə saat sonra oğru saxlanılıb. Oğurluq zamanı həmin evdə yaşayış olmayıb. Oğurlanan əşyaları qiymətləndirmək dövlətin, ekspertlərin işidir. Oradakı əşyaların çox böyük mənəvi dəyəri var. Qarət zamanı oğru ona lazım olan, sata biləcəyi şeyləri götürüb. Evə çox zərər dəyib. Hətta rəhmətlik Bəyin maşınına da zərər vurulub".
Qeyd edək ki, Əbülfəz Elçibəy Azərbaycanın ikinci prezidenti olub və 1992-1993-cü illərdə ölkəyə rəhbərlik edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 11 Dekabr 2024 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see462

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see405

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see403

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see304

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see291

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see285

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see283

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see280

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see271

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see267

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see249

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see244

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see243

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see239

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see238

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see238

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see237

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see235

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see232

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see230
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri