Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

Elçibəylə Əliyev 7 saat söhbət edib, Əliyev deyib ki...

Elçibəylə Əliyev 7 saat söhbət edib, Əliyev deyib ki...

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Axar.az onunla müsahibəni təqdim edir:

- Novella xanım, 85 yaşınız tamam oldu. Təbrik edirik, sizə cansağlığı arzulayırıq. Öncə ötən ömürlə bağlı təəssüratlarınızın qısa xülasəsini eşitmək istərdik.

- Mən bir daha anladım ki, 85 illik ömrü hədər yaşamamışam. Doğum günü münasibətilə məni yüzlərlə insanın təbrik etməsini təsadüfi saymıram. Tanıdığım, tanımadığım adamlar zəng vurdu. Kimə kiçik də olsa dəstək olmuşamsa, hamısının yadına düşdüm. Azərbaycanın hər bir rayonundan təbriklər gəldi.

Doğrudan da ömrümün çox hissəsi geridə qalıb. Başa düşdüm ki, yaxşı yaşamışam... Həm iqtidardan, həm də müxalifətdə insanlar mənə hörmət bəsləyir, məni sevirlər. Doğum günümlə bağlı Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Prezidentin köməkçisi Hikmət Hacıyev zəng vurub, təbrik etdilər.

- Uzun illər ictimai-siyasi fəaliyyətlə məşğul olan bir qadın, bir ziyalı kimi dolambac yollardan keçmisiz. Həyatınızın hansı mərhələsini daha uğurlu hesab edirsiniz?

- Ömrümün iki dövrü mənim üçün daha dəyərlidir: müstəqilliyin əldə edildiyi dövr, Qarabağın işğaldan azad olunduğu il. Müstəqillik illərində millətin birləşib öz müqəddəratını həll etməsi çox möhtəşəm hislər yaşadırdı. Toplu-toplu insanlar meydanlara axışır, onlara evdən çörək, yemək aparırdıq. O vaxt Bakı Dövlət Universitetində dərs deyirdim. Məni meydanlara tələbələrlə birlikdə göndərirdilər ki, onlara bir şey olmasın, problemlə qarşılaşmasınlar.

İkinci Qarabağ müharibəsi zamanı da millətimi yenidən bir yerdə həmrəy gördüm. Ali Baş Komandan İlham Əliyevin mükəmməl ordu yaratması və cəsarətli qərar verməsi çox böyük addım idi. Başqa birisi olsaydı, qərar verməkdə tərəddüd edərdi. Çünki o vaxt bilinmirdi Rusiya ermənilərə kömək edəcəkmi, başqa dövlətlər bizə qarşı çıxacaqlarmı...

Bu, həqiqətən çox cəsarətli qərar idi. Yüz illərlə torpaqlarımızı itirə-itirə gəlmişdik, ona görə bu qələbənin bizim üçün önəmi çox böyükdü. Bir arzum da var: Zəngəzur dəhlizi açılsın, mən Naxçıvan Muxtar Respublikasına qatarla gedim. Vətənimə...

- Naxçıvanın hansı bölgəsində doğulmusunuz?

- Naxçıvan şəhərində anadan olmuşam. Deyim ki, Naxçıvan camaatı çox qonaqpərvərdir. Bütün rayonlarda qonaqpərvərlik var, amma Naxçıvanda insanlar qonağa daha çox hörmət edirlər. Mənim nəslim böyük nəsildir, bektaşilər və səfəvilərdən gəlir. Atam səfəvilərdəndir, sovet dövründə özünə Cəfərov soyadını götürmüşdü, bir az da səfəvilərlə səsləşir... Atasını çox erkən itirmişdi. Anam isə bektaşilərdəndi.

- Milli azadlıq hərəkatında iştirak eləmisiz, Müsavat Partiyasının üzvü olmusuz. O illərdə Qarabağın işğaldan qorunmasının mümkün olub-olmaması ilə bağlı indi nə düşünürsüz? Sizcə, həmin dövrdə buna imkan vardı, yoxsa siyasi, hərbi, geosiyasi şərtlər bunu mümkünsüz edirdi?
- Mən həmişə həqiqəti demişəm. O dövrdə Qarabağı azad etməyə, qorumağa imkan yox idi. Səbəbini deyim: o hakimiyyətin ömrü yaxşı ki, bir il çəkdi, istiqlaliyyətdən sonrakı hakimiyyəti, Əbülfəz Elçibəyin hakimiyyətini deyirəm. Elçibəy çox təmiz, çox gözəl insan idi. Sadəcə idarəçilik sistemini bacarmırdı. Cəbhə hakimiyyətinin təmsilçiləri müəllimlik fəaliyyəti ilə məşğul olduqlarına görə dərs deməyi bacarırdılar, idarəçiliyi yox.

Bəlkə də Əbülfəz Elçibəyin ən gözəl addımı Heydər Əliyevi çağırmaq idi. Əbülfəz mənim ən yaxın dostum olub. Ömrümün axırına qədər onun ailəsi ailəm, övladları övladımdır. Mən onları çox sevirəm. O zaman dövlətimizin daxilində baş verənləri həyəcanla izləyirdik. Cənubdan "Talış respublikası" çıxmışdı, Əli Ansuxski ləzgiləri qaldırmışdı. Mən Ansuxskinin gücünü yaxşı bilirdim.

Ansuxski Moskva ilə danışıqlar aparırdı. Talışlar Moskva və İranla əlaqədə idilər. Qarabağda isə müharibə gedirdi. O zaman Heydər Əliyevi çağırmasaydılar, ola bilsin, bizə təkcə Şirvan qalacaqdı. Mən düzünü deyirəm. Rusiya kimi böyük dövlət regionda nə istəyirdi, edirdi. Çox qarışıq dövr idi. Azərbaycana fikir verən yox idi. Dünya Ukraynaya, Estoniyaya, Latviyaya, Litvaya üstünlük verirdi. Bizə dəstək olanların sayı az, çəkisi kiçik idi.

Belə bir zamanda Naxçıvanda olan Heydər Əliyev Bakıya dəvət edildi. Ondan əvvəl fevralda Əbülfəz Elçibəylə Heydər Əliyev arasında 7 saatlıq müzakirə olmuşdu. Heydər Əliyev Əbülfəz Elçibəyə deyib ki, "mən gəlsəm, vəziyyəti idarə edə və ölkəni saxlaya bilərəm”. Elçibəy Heydər Əliyevdən Qurana əl basaraq söz verməsini istəyib. Deyirlər, Heydər Əliyev ruslarla danışıqlardan sonra hakimiyyətə gəldi, tamamilə yalan məlumatdı. Onda ruslar hakimiyyətə Vaqif Hüseynovu və ya Ayaz Mütəllibovu gətirmək istəyirdilər. Heydər Əliyevdən xoşları gəlmirdi.

Heydər Əliyev Əbülfəz Elçibəyə söz verdiyi kimi dövləti idarə etdi. Onu da deyim ki, hakimiyyət dəyişəndən sonra Heydər Əliyev mənə və həyat yoldaşım Vilen Applebauma iş təklif etdi. Cavabda dedim ki, Əbülfəz Elçibəy dostumdur, bu səbəbdən təklifi qəbul edə bilmərəm. Həyat yoldaşım da təklifi qəbul etmədi və İsrailə getdi. Mən isə Bakıda qaldım.

- Heydər Əliyev imtinanızı necə qarşıladı?

- Normal... O, belə şeylərə tolerant yanaşmağı bacarırdı.

- Novella xanım, ötən əsrin 70-ci illərindən nələri xatırlayırsınız?

- Azərbaycanın üçrəngli bayrağını birinci dəfə o zaman görmüşəm. Yadımdadı, bu hadisə qoz ağacının altında baş verdi. Onda Kələkidə Geoloji Kəşfiyyat İdarəsində laboratoriya müdiri idim. Bakıda Dövlət Universitetinin müəllimi olan Əbülfəz Elçibəy də yayda oraya gəlirdi. Məni Elçibəyin dayısına tapşırmışdılar, o, atamın yaxın dostu idi.

Deməli, bir gün mənə dedilər ki, Əbülfəz Elçibəy səni axşam çay kənarında görmək istəyir. Təəccübləndim, amma getdim, Elçibəy tək gəlməmişdi, dayısının oğlu da onunla idi. Hətta qardaşı da tüfənglə çay kənarında gözləyirdi. Çayı keçdik, qoz ağacının altında oturduq. Əbülfəz bəy mənə təxminən 40 dəqiqə Məmməd Əmin Rəsulzadə və Mustafa Kamal Atatürk haqqında danışdı. Onda başa düşdüm ki, Azərbaycanın müstəqil milli-demokratik dövləti olub.

Daha sonra cibindən çıxardığı üçrəngli bayrağı mənə göstərdi. Dedim, bu barədə başqa yerdə danışma. Cavab verdi ki, onu hər tərəfdən KQB və kəndin casusları izləyir.

Əbülfəz Elçibəyin Bakıda evi yox idi. Bizim birotaqlı mənzilimiz vardı, oraya kitablarımızı yerləşdirmişdik. Həyat yoldaşım da Əbülfəzlə yaxın dost idi. Onu bizim evdən həbs etdilər. Evdən kitab və şeirlər çıxmışdı, bunları öz boynuna götürmüşdü. Həyat yoldaşım dedi ki, gedib KQB-yə deyəcəm kitablar mənimdir. Əbülfəz isə xəbər göndərdi ki, desən kitablar mənimdir, bizi mütəşəkkil dəstə kimi ittiham edəcəklər, Sibirə sürgün edəcəklər, amma tək olsam, iş daha yüngül keçər.

Xatırlayıram ki, 1993-cü ildən sonra Heydər Əliyev həyat yoldaşıma iş təklif edəndə, o, Kələkiyə getdi, Əbülfəz bəylə görüşdü, sonra İsrailə yollandı. Oğlanlarım da oraya getdilər, mən isə öz vətənimi seçdim.

- Neçə övladınız var?

- Həyat yoldaşımın ilk nikahından iki övladı, mənimlə evliliyindən isə bir övladımız var. Həyat yoldaşımın övladlarını öz balalarım kimi qəbul etdim və onlara hər cür qayğı göstərdim. Onların tərbiyəsində, təhsilində, həyat yolunun formalaşmasında əlimdən gələni elədim.

Bu gün onların hər ikisi ali təhsilli, savadlı və cəmiyyətə faydalı insanlardı. Biri Bakı Dövlət Universitetin riyaziyyat fakültəsini, digəri isə Azərbaycan Neft Akademiyasını bitirib. Mənə həmişə böyük hörmət və sevgi ilə yanaşırlar, övladları mənə nənə deyə müraciət edir. Mənim oğlumla da bir-birilərinə çox bağlıdırlar.

- Özünüz də qeyd elədiniz, dürüst insan kimi tanınırsız. Bu dürüstlüyü qoruyub saxlamaq nə dərəcədə çətin oldu?

- Heç vaxt heç kimi aldatmamışam. Müsavat Partiyasından üç il əvvəl öz ərizəmlə ayrıldım. İsa Qəmbəri mənə görə sıxışdırırdılar ki, Novella Cəfəroğlu Prezident İlham Əliyevi tərifləyir. Mən də dedim ki, siz bolşeviksiniz? Yaxşı olanı tərifləyirəm, pis olanı tənqid edirəm.

Prezident seçkiləri zamanı media nümayəndələrindən biri məndən soruşdu ki, İlham Əliyevə alternativ varmı? Cavab verdim ki, xeyr. 2003-cü ildə İsa Qəmbərin yanında idim, onun təbliğatını aparırdım. Qarabağ işğaldan azad edildikdən sonra başa düşdüm ki, Prezident İlham Əliyevin alternativi yoxdur.

Onu da qeyd etmək istəyirəm ki, hökumət mənə nə ev verib, nə avtomobil, heç Prezident təqaüdü də almıram... Amma Prezident İlham Əliyevə böyük hörmətimi və rəğbətimi gizlətmirəm. Eyni zamanda düşünürəm ki, ölkədə dəyişməli çox məsələlər var. Ümid edirəm, zaman keçdikcə bu məsələlər də öz həllini tapacaq. Çünki bu proseslərin həyata keçirilməsi üçün müəyyən vaxt tələb olunur.

Mən inanıram ki, Dərbənd, Güney Azərbaycan arzularımız da həyata keçəcək. Gələcəkdə vəziyyət daha yaxşı olacaq. Cəmiyyət hər xırda məsələyə həddindən artıq emosional yanaşmamalıdır. Qarşıda görüləsi işlər çoxdur, onların həyata keçirilməsinə zaman lazımdır. Təəssüf ki, bəzən yalnız maddi qazanc əldə etmək məqsədilə qeyri-hökumət təşkilatları yaradırlar.

Digər tərəfdən, xaricdən qrantların alınması ilə bağlı müəyyən məhdudiyyətlər mövcuddur və bu səbəbdən bir çox layihələr başqa ölkələrə yönəlir. Bu problemlərə baxmayaraq, hesab edirəm ki, bu məsələlər tədricən həll olunacaq.

- Novella xanım, atanızın ölüm səbəbi nə olmuşdu?

- Atamı Bakıda məşhur cərrah Mustafa Topçubaşov müayinə edib və bildirib ki, beyninə qan sızıb. Bakıda lazımi əməliyyatı etmək mümkün deyil, buna görə təcili Moskvaya aparılmalıdı. Təyyarə ilə atam Moskvaya aparılıb, Kreml xəstəxanasına yerləşdirilib. Əməliyyatı yəhudi əsilli bir cərrah edəcəkmiş.

Amma əməliyyatı erməni həkimin öz üzərinə götürməsi ilə vəziyyət dəyişir, atam cərrahiyyə masasında vəfat edir. Cəmi 41 yaşı vardı... Sonradan yəhudi cərrah əmimə deyib ki, əslində atamda ölüm təhlükəsi yoxmuş. Cənazə Moskvadan təyyarə ilə Bakıya gətirildi və atam Birinci Fəxri Xiyabanda dəfn olundu. Vida mərasiminin təşkilat komissiyasına Heydər Əliyev və alim Abbas Zamanov rəhbərlik edirdi.

Atamın vəfatından sonra Heydər Əliyev ailəmizə xüsusi diqqət göstərirdi. Bizim ailə ilə Heydər Əliyevin münasibətləri çox yaxın idi. Anam onunla eyni məktəbdə oxumuşdu. Heydər Əliyevin ailəsi xalamgillə qonşuydu. Biz onu həmişə “Heydər əmi” deyə çağırırdıq.

Onu da deyim ki, 90-cı illərdə mitinqlərə çıxanda məni də hərdən həbs edirdilər. Heydər Əliyev tapşırmışdı ki, Novellaya dəyməyin.

- Rəhbərlik etdiyiniz qeyri-hökumət təşkilatı necə yarandı?

- Təşkilat mərhum ədəbiyyatşünas-alim, 1991-ci ildə Aydın Məmmədovla Qaxda qəzaya düşmüş Dilarə Əliyevanın fəal iştirakı ilə yaradıldı. Vaxtilə Mustafa Kamal Atatürk dövründə Türkiyədə qadın hüquqlarının müdafiəsi ilə məşğul olan "Türk qadınlar birliyi" fəaliyyət göstərmişdi. Əbülfəz Elçibəy də həmin ideya əsasında Dilarə Əliyevadan xahiş etmişdi ki, Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyəti yaratsın.

Beləliklə, Dilarə xanım bu cəmiyyəti yaratdı və bizi də həmin təşkilata qoşdular. Bir gün Əbülfəz bəy dedi ki, məni Dilarə Əliyeva ilə tanış etmək istəyir. Zarafatla bildirdim ki, "sən Allah, mənim arvad bazarından xoşum gəlmir, mən qadınlarla işləyə bilmirəm". Doğrudan da həmişə kişilərlə işləmişəm. Cavab verdi ki, Dilarə Əliyevaya kömək lazımdı, onunla tanış olmalısan.

Dilarə xanım çox mədəni və diqqətli bir insan idi. Birlikdə qadın hüquqlarının müdafiəsi istiqamətində cəmiyyətin fəaliyyətini təşkil etdik. Dilarə Əliyeva avtomobil qəzasına düşəndən sonra mənə cəmiyyətə rəhbərlik etmək təklif olundu, qəbul etmədim.

Sonralar cəmiyyətin ağırlığını üzərimə götürməli oldum. Mən həmişə hesab etmişəm ki, qadınlar çox güclüdür və onlar cəmiyyətin inkişafında mühüm rol oynayırlar.

- Novella xanım, niyə indi tanınmış gənc hüquq müdafiəçiləri yoxdur?

- Hüquq müdafiəçisi birdən-birə populyarlaşmır. Tanınmaq üçün işləmək lazımdır. Bu gün təxminən 80-ə yaxın hüquq müdafiəçisi var, lakin onların çoxunu cəmiyyətdə tanımırlar. Bunun əsas səbəbi onların yetərincə aktiv fəaliyyət göstərməmələridir. Mən heç vaxt qrant hesabına fəaliyyət göstərməmişəm.

Hüquq-Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Səidə Qocamanlı, Səadət Bənəniyarlı, Çingiz Qənizadə haqda da eyni sözü deyə bilərəm: heç birimiz pulla kiminsə hüquqlarını müdafiə etməmişik.

- Müxalifətdən iqtidara keçmək fikriniz olubmu?

- Xeyr. Heydər Əliyev neçə dəfə xəbər göndərmişdi ki, deputatlığa namizədliyimi verim. Dedim, mən orada oturan deyiləm. Nə hakimiyyətə, nə də vəzifəyə hərisliyim olub... İstəsəydim deputat ola bilərdim. Mən həmişə millətlə, cəmiyyətlə işləmişəm. Ona görə az-çox hörmət qazanmışam.
- Övladlarınız İsraildə yaşayırlar. Onlarla əlaqə saxlaya bilirsinizmi?

- Oğlum hərbi həkimdir, ailəsiylə əlaqə saxlayırıq. Böyük oğlum professordur. Gəlinim həkimdir.

- 85 yaşınızda aktivsiniz. Həyat sizin üçün gözəldirmi?

- Həyat gözəldir, amma mən çətin həyat yolu keçdim...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://axar.az
archiveBu xəbər 11 Mart 2026 22:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see487

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see469

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see450

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see322

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see310

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see282

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see264

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see258

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see249

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see242

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see234

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see222

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see215

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see214

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see210

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see209

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see203

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see188

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see186

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri