“Elçilikdə “yox” cavabı aldığı üçün qızımla arvadımı maşınla vurdu” Video
Tribuna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xaçmazda elçilikdə “hə” cavabı almayan oğlanın ana və qızını avtomobillə vurması ilə bağlı xəbər vermişdik.
Tribunainfo.az Baku.TV-yə istinadən xəbər verir ki, hadisənin təfərrüatı məlum olub.
İnsident rayonun Qusarçay kəndində baş verib. Ailə başçısı Bəhərçin Kərimovun sözlərinə görə, 19 yaşlı qızına elçiliyə gələn şəxs bundan əvvəl 3 dəfə qız qaçırıb: “Bir-iki dəfə qızı istədiklərini bildirmişdilər. Dedim ki, mənim sizə verməyə qızım yoxdur. İşdən gələndə qarşısına çıxıb, qızımı da, həyat yoldaşımı da vurub. Deyib ki, mən lotuyam. Dördüncü dəfədir, belə bir hadisə baş verir. Qızımdan əvvəl üçünü qaçırıb”.Xəsarət alan şəxslər Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstələrə zəruri tibbi yardımlar göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.
Daxili İşlər Nazirliyindən bildirilib ki, məsələ ilə bağlı Xaçmaz Rayon Polis Şöbəsinə məlumat daxil olub. Hazırda faktla bağlı araşdırma aparılır.
Daha ətraflı süjetdə:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 28 Yanvar 2025 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















