Icma.az
close
up
RU
Elçilikdən sonra adam öldürənə AĞIR CƏZA

Elçilikdən sonra adam öldürənə AĞIR CƏZA

Icma.az, Azpost portalına istinadən məlumat yayır.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rüfət Əlizadənin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Musavat.com xəbər verir ki, məhkəmə araşdırması hakim Əli Əliyevin sədrliyi ilə keçirilib.

Əvvəlcə qətl hadisəsi haqda…

Hadisə ötən il aprelin 23-də Biləsuvar rayonu Aşağı Cürəli kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü Vüsal İlham oğlu İlhamlı elçilik zamanı yaranan mübahisə zəminində öldürülüb. Məlumata görə, hadisədən bir neçə gün əvvəl həmin kənddən olan 1993-cü il təvəllüdlü Rüfət Əlizadə valideynlərini Cəlilabad rayonuna – sevdiyi qızın ailəsinə elçi göndərib. Lakin elçilik zamanı tərəflər arasında razılıq əldə edilməyib. Bundan sonra Rüfət xəbər göndərərək qızı qaçıracağını bildirib. Qızın ailəsi bundan narahat olub və qohumlar Cəlilabaddan Biləsuvarın kəndinə yola düşərək məsələni müzakirə etmək istəyiblər.

Biləsuvara gedən qohumlar arasında qızın yaxın qohumu olan Vüsal İlhamlı da olub. Münaqişə zəminində Rüfət Əlizadə qızın qohumu Vüsal İlhamlıya ürək nahiyəsindən bıçaqla bir zərbə endirib. Ağır xəsarət alan 37 yaşlı şəxs hadisə yerində vəfat edib.

Təqsirləndirilən şəxsin ailəsi işin araşdırılmasından, məhkəmənin gedişatından narazıdır.

Səbəb isə belədir…

Həbs edilən Rüfətin atası Kərim Əliyev Musavat.com-a müraciətində bildirib ki, oğlunun işinə qərəzli şəkildə baxılır:

“Milli Məclisin 11 aprel 2025-ci il tarixli qərarı ilə bir sıra hakimlər yeni vəzifəyə təyin olunub. Həmin qərardan görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Əliyev də Şirvan Apellyasiya Məhkəməsinə hakim təyin olunub. Buna baxmayaraq, Əli Əliyev hələ də Lənkəran Ağır Cinayətlər Məhkəməsində oğlumun işini səthi formada araşdırır. Bu işi qısa müddətdə yekunlaşdırmağa çalışırlar. İbtidai istintaq zamanı 16 şahid dindirilib. Amma məhkəmədə bu şahidlərin 7-si dindirilib. 9 şahid isə vəkillərin dəfələrlə tələb etməsinə baxmayaraq, dindirilməyib. Hətta dindirilməmiş 9 şahidin istintaqdakı ifadələri məhkəmədə elan olunmayıb. Məhkəmədə oğlumun ifadəsi belə alınmayıb.

Zərərçəkmiş şəxslər məhkəmədə bizə qarşı söyüş söyür. Hakim buna müdaxilə etmir və oğluma da əsassız şəkildə əsəbiləşir, vəkillərə təzyiq edir. Zərərçəkmiş şəxsin hüquqi varisinə oğlumun vəkilindən şikayət etməsini deyib. Bir hakim bunu niyə etməlidir? Əli Əliyevin özü də bizim vəkilimizdən 2 dəfə şikayət edib”.

İşdə sabiq hakimin adı keçir…

Kərim Əliyevin sözlərinə görə, cinayət işində adı keçən şahidlərdən biri Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim olmuş Nizami Quliyevin qohumudur:

“Nizami Quliyev zərərçəkmiş şəxslə hadisə yerinə də gedib. Nizami Quliyev hadisədə iştirak edən, mərhumun yanında gələn Tariyel Şixəliyevin doğma dayısıdır. Tariyel Şixəliyev də oğlumun əleyhinə ifadə vermiş bir şəxsdir. Oğluma verilmiş ittihamın əsasını Tariyel Şixəliyevin ifadəsi təşkil edir. Əli Əliyevlə Nizami Quliyev iş yoldaşı olublar”.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 13 il müddətinə azadlıqdan məhrum edilib.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://azpost.info
archiveBu xəbər 20 May 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri