Elçin Əliyev: Çaydan Xəzinəsi Muzeyi ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 5 oktyabr, AZƏRTAC
Bakının tarixi-memarlıq qoruğu olan İçərişəhərdə zəngin çaydan kolleksiyamı özündə birləşdirən “Çaydan Xəzinəsi Muzeyi" açıldı. XVII əsrdən müasir dövrə qədər müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydanın nümayiş etdirildiyi muzeydə Azərbaycan milli çaydanları ilə yanaşı, dünyanın müxtəlif guşələrindən topladığım nadir nümunələr də təqdim olunur.
Bunu AZƏRTAC-a açıqlamasında memar, professor, sənətşünaslıq üzrə elmlər doktoru, çaydanlar kolleksiyasının müəllifi Elçin Əliyev deyib.
O bildirib ki, muzey İçərişəhərdə yerləşən və ölkə əhəmiyyətli memarlıq abidəsi olan Çin məscidində yaradılıb. Muzeyin fəaliyyətə başlaması ilə yanaşı, tarixi abidənin də bərpa və təmiri həyata keçirilib. Məscidin daxili hissəsi təmizlənib, qapısı yenilənib, xarici eksteryeri bərpa olunub, zədələnmiş daş detalları yenidən hazırlanaraq abidənin ilkin görünüşünün qorunmasına diqqət yetirilib.
Kolleksiyanın yaradıcısı qeyd edib ki, çaydanları uzun illər ərzində dünyanın müxtəlif ölkələrinə səfərləri zamanı toplayıb. Onun sözlərinə görə, Tokiodan Torontoya qədər müxtəlif coğrafiyalardan gətirilən nümunələrin bir məkanda toplanması uzun illər davam edən kolleksiyaçılıq fəaliyyətinin nəticəsidir: "Muzeydə ABŞ, Yaponiya, Böyük Britaniya və digər ölkələrdən toplanmış XX və XXI əsrlərə aid fərqli forma və üslubda çaydanlar nümayiş etdirilir. Kolleksiyada, həmçinin XVII əsrə aid nümunələr və müasir dizaynerlər tərəfindən hazırlanmış çaydanlara da rast gəlinir. Belə ki, kolleksiyada vaxtilə Avropada fəaliyyət göstərmiş, Napoleon dövründə çaydan istehsal edən fabriklərin məhsulları da yer alır. Həmin müəssisələrin bir çoxunun İkinci Dünya müharibəsindən sonra fəaliyyətini dayandırması bu nümunələrin tarixi və kolleksiya baxımından əhəmiyyətini daha da artırır".
O bildirib ki, kolleksiyanın əsas bölmələrindən birini Azərbaycan çaydanları təşkil edir. Muzeyin yaradılmasında məqsəd çaydanı yalnız məişət əşyası kimi deyil, müxtəlif xalqların mədəniyyətini, tarixini və estetik zövqünü əks etdirən sənət nümunəsi kimi təqdim etməkdir.
Müxbir - Gülay Nəzərova
Fotomüxbir - Orxan Kərimov
Baxış sayı:104
Bu xəbər 05 Oktyabr 2026 18:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















