Icma.az
close
up
RU
Elçin Əmirbəyov 30 yaşlı münasibətlərdən DANIŞDI Zamanın sınağından çıxıb...

Elçin Əmirbəyov 30 yaşlı münasibətlərdən DANIŞDI Zamanın sınağından çıxıb...

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Macarıstan Avropa İttifaqında bizim bir nömrəli tərəfdaşımızdır".
Moderator.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov  Macarıstanın "Magyar Nemzet" saytına müsahibəsində deyib.

"Hesab edirəm ki, biz hamımız Azərbaycanın Macarıstanı Avropa İttifaqında özünün ən yaxın tərəfdaşı hesab etməsi ilə bağlı bəyanatla razıyıq. Bu münasibətlərin yaşı 30 ildən çoxdur və ölkələrimiz arasındakı yaxınlığın arxasında bir neçə element dayanır. Bizi qarşılıqlı hörmət və maraqlara əsaslanan dostluq hissi birləşdirir. Bütün bunlar həm də ikitərəfli münasibətlərimizin nə üçün yaxşı olduğunu izah edir, lakin eyni şeyi çoxtərəfli çərçivələrdə, o cümlədən Avropa İttifaqı, NATO və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığımız haqqında da demək olar. Biz əlaqələrimizi ildən-ilə genişləndirir, yeni sahələrə və ölçülərə çatırıq.

Hər şey enerji sahəsində əməkdaşlıqdan başlayıb və Macarıstan-Azərbaycan əlaqələrinin diapazonu genişlənir. Digər mühüm amil isə baş nazir Viktor Orban və Prezident İlham Əliyev arasında olan mükəmməl şəxsi münasibətlərdir. Bu, zamanın sınağından çıxmış dəyərli bir münasibətdir", - deyə E. Əmirbəyov bildirib.

Elçin Əmirbəyov qeyd edib ki, enerji Macarıstan-Azərbaycan əməkdaşlığının əsas sahələrindən biridir:

"Enerjidən danışanda gəlin, karbohidrogenlərlə məhdudlaşmayaq. Azərbaycan və Macarıstan Rumıniya və Gürcüstanla Qara dənizin dibi ilə elektrik ötürücü xətti layihəsi üzərində işləyir. Beləliklə, biz təkcə mədən yanacaqları və karbohidrogenləri deyil, həm də yaşıl enerji və təmiz enerji ixrac etməyə çalışırıq. Layihə ölkələrimizin ənənəvi enerji mənbələrindən bərpa olunan mənbələrə keçmək öhdəliyi ilə sıx bağlıdır.

Azərbaycanın bərpa olunan enerji mənbələri, o cümlədən günəş, külək və suyun enerjisi sahəsində çox mühüm potensialı var ki, bu da gələcək əməkdaşlığımız üçün yeni perspektivlər açır. Biz həmçinin Qazaxıstan və Özbəkistanla da danışıqlar aparırıq, onlar da bərpa olunan enerjinin Avropa bazarına ixracı üzərində işləyirlər". 

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi sonda Macarıstanın Avropa Şurasına sədrliyini yüksək qiymətləndirdiklərini bildirib:

"Macarıstan Azərbaycanın Avropa İttifaqında ən yaxın tərəfdaşlarından biridir, Aİ isə ölkəmizin strateji tərəfdaşıdır və təbii ki, bizim məqsədimiz Macarıstanın sədrliyi ilə ittifaqla əlaqələrimizi inkişaf etdirmək idi. 2022-ci ildə biz Avropa Komissiyası ilə hər iki tərəfin hörmət etdiyi və Azərbaycan təbii qazının idxalını ehtiva edən strateji tərəfdaşlıq sazişi imzaladıq. Bu, yalnız bir istiqamətdir, lakin biz həm də Aİ ilə əlaqələrimizi şaxələndirməyə çalışırıq. Coğrafi baxımdan biz regionun çox mühüm tərəfdaşlarıyıq, Cənubi Qafqaz Asiyanı Avropa ilə birləşdirən dəhlizin qovşağıdır. Mərkəzi dəhliz Çindən Mərkəzi Asiya, Xəzər dənizi və Cənubi Qafqaz vasitəsilə Avropaya çatır.

Biz Macarıstanın regionumuzda sülh quruculuğu səylərindən də bəhrələnirik. Həmçinin Macarıstanı Avropa Siyasi Birliyinə uğurlu sədrliyi və ən böyük zirvə toplantısı münasibətilə təbrik edirik".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Noyabr 2024 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see226

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see224

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see219

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see216

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see204

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see204

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see180

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see179

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see173

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see171

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see163

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see157

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see149

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see148

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see145

“Qarabağ” hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır” Rus qəzeti

18 Dekabr 2025 09:27see145

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see142

İnanıram ki, yaxşı formada olsam, Ayxan Abbasov məni mütləq milliyə dəvət edəcək

18 Dekabr 2025 11:31see136

ABŞ la danışıqlara hazırlaşırıq Peskov

18 Dekabr 2025 19:40see132

Emil qayınatası ilə qızının fotosunu yayımladı

18 Dekabr 2025 12:12see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri