Icma.az
close
up
RU
Elçin Əmirbəyov: Afina və Bakı arasında münasibətlər güclənməkdədir

Elçin Əmirbəyov: Afina və Bakı arasında münasibətlər güclənməkdədir

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Yunanıstana səfər edib.

Oxu.Az xəbər verir ki, Əmirbəyov Yunanıstanın xarici işlər nazirinin müavini, səfir Aleksandra Papadopulo və baş nazirin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Tanos Dokosla, Yunanıstan Parlamentinin Milli Müdafiə və Xarici Əlaqələr üzrə Daimi Komitəsinin üzvü qismində hakim Yeni Demokratiya Partiyasından olan millət vəkili, xanım Sofia Voultepsi ilə də görüşüb. Bundan əlavə, Elçin Əmirbəyov Yunanıstan Avropa və Xarici Siyasət Fondunun (ELIAMEP) nümayəndələri ilə də müzakirələr aparıb.

Papadopulo və Dokosla aparılan danışıqlarda əsas mövzular ikitərəfli münasibətlər, Azərbaycan-Avropa İttifaqı əlaqələri və Ermənistan-Azərbaycan münasibətlərində davam edən normallaşma prosesi olub.

O, həmçinin Yunanıstanın "To Vima" qəzetinə müsahibə verib.

Elçin Əmirbəyov verdiyi müsahibədə siyasi dialoqun, eləcə də 2024-cü ilin martında keçirilmiş ikitərəfli siyasi məsləhətləşmələrin bərpa olunmasından məmnunluğunu ifadə edib. O, eyni zamanda ticarət əlaqələrinin gücləndirilməsinə, investisiya, kənd təsərrüfatı, nəqliyyat, turizm və digər sahələrdə əməkdaşlığın inkişafına ümid etdiyini bildirib.

Əmirbəyov xüsusilə vurğulayıb ki, iki ölkə münasibətlərin "xarici təsirlərdən azad şəkildə" inkişaf etdirilməsi qismində razılığa gəliblər. O, açıq şəkildə bildirib ki, Ermənistan hazırkı Yunanıstan - Azərbaycan münasibətlərindən məmnun qalmayacaq:

"Biz sıfır-cəmli oyun ("zero-sum game") nəzəriyyəsindən olan yanaşmaları rədd edirik və qəti şəkildə inanırıq ki, bir ölkənin digər ölkə ilə əla münasibətlərə malik olması onun üçüncü ölkə ilə də eyni səviyyədə münasibətlər qurmasına mane olmur".

Onun sözlərinə görə, Yunanıstanda həm Ermənistan, həm də Azərbaycanla paralel şəkildə yaxşı münasibətlərə malik ola biləcəyinə dair düşüncə getdikcə daha çox qəbul olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 İyul 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see200

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see179

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see149

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see139

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see133

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see130

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see130

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see130

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri