Icma.az
close
up
RU
Elçin Əmirbəyov: Orta Dəhlizin əhəmiyyəti artır

Elçin Əmirbəyov: Orta Dəhlizin əhəmiyyəti artır

Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Paneldə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun, Şimali Makedoniyanın xarici işlər və xarici ticarət naziri Timço Mucunskinin, Türkiyənin xarici işlər nazirinin müavini Berris Ekincinin və Avropa İttifaqı Xarici Fəaliyyət Xidmətinin Qərbi Avropa üzrə icraçı direktorunun müavini Emanuele Giaufretin mövzu ilə bağlı fikirləri dinlənilib.
Toplantıda çıxış edən Elçin Əmirbəyov Azərbaycanın geosiyasi mövqeyinin, strateji keçid yolu üzərində yerləşməsinin ixracın şaxələndirilməsinə doğru hərəkətin əhəmiyyətini daha da ön plana çıxarmasına diqqət çəkib.
“Orta Dəhliz qitələrarası nəqliyyat dəhlizidir və bəlkə də, iki qitəni birləşdirən ən qənaətli, təhlükəsiz, qısa marşrutdur. Eyni zamanda, bu şaxələndirməni artırır. Hesab edirəm ki, bazar dəyişkənliyi, geosiyasi qeyri-sabitlik və gərginlik Orta Dəhlizin əhəmiyyətini daha da artırır. Əvvəllər bu, sadəcə, alternativ variantlardan biri idisə, hazırda mövcud vəziyyətdən çıxış üçün getdikcə daha vacib bir yol halına gəlib”, - deyə o bildirib.
Daxil olduğumuz regionun onilliklər boyu münaqişələr, bağlı sərhədlər və parçalanma ilə yadda qaldığını qeyd edən Elçin Əmirbəyov Azərbaycanın artıq öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini, bundan sonra qonşu Ermənistanla faktiki sülh şəraitində yaşadığını və bunun yeni imkanlar yaratdığını vurğulayıb. O deyib: “Bu imkanlar Ermənistan və Azərbaycanla yanaşı, ümumilikdə region ölkələri arasında müsbət qarşılıqlı asılılıqlar yaradır. Hesab edirəm ki, bu cür qarşılıqlı əlaqə və asılılıq sülh üçün ən yaxşı təminatlardan biridir, çünki bu, əsl “qazan-qazan” vəziyyətidir”.
Digər çıxışçılar qlobal ticarət yolları və infrastruktur layihələri haqqında danışıblar. Bildirilib ki, bu layihələrin tam potensialını üzə çıxarmaq üçün texniki, hüquqi və investisiya ilə bağlı çətinliklərin çoxtərəfli əməkdaşlıq vasitəsilə həll edilməsi zəruridir.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://azvision.az
archiveBu xəbər 18 Aprel 2026 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see450

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see338

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see256

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see247

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see237

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see230

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see220

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see218

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see204

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see197

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see197

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see196

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see196

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see191

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see190

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see187

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see183

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see160

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see160

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri