Icma.az
close
up
RU
Elçin Əzizov: Klassik musiqi heyrətamiz bir sənət növüdür

Elçin Əzizov: Klassik musiqi heyrətamiz bir sənət növüdür

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Elçin Əzizov - Azərbaycanın Xalq artisti, opera müğənnisi, Rusiya Böyük Teatrının solisti, bir neçə sənət istiqamətini özündə birləşdirən yaradıcı şəxsiyyətlərdən biridir. O, dünyanın ən məşhur səhnələrində baş rolları ifa etməklə yanaşı, həm də klassik əsərləri yumorla birləşdirərək cəsarətlə eksperimentlər aparır. Onun “Kəpənəksiz Opera” layihəsi operanın mürəkkəb və əlçatmaz sənət növü olması barədə mifi dağıtmaq məqsədi daşıyır, onun son vaxtlar stend-up komediya nümayişləri isə tamaşaçılar tərəfindən çox böyük maraqla qarşılanıb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Elçin Əzizov müsahibəsində opera sənətində keçdiyi yoldan danışır, dünyaşöhrətli ulduzlar ilə işlə bağlı təəssüratlarını bölüşür, yumorun yeni dinləyicilər cəlb etməyə necə kömək etdiyini izah edir, qarşıdan gələn yaradıcılıq layihələri, o cümlədən yubiley konsertləri və populyar musiqi təşəbbüslərinin davamı barədə məlumat verir.

- Operada yolunuz necə inkişaf edib? Böyük Teatra necə gəldiniz?

- Fikrimcə, operada mənim yolum kifayət qədər sürətlə inkişaf etdi, görünür, klassik vokal ilə məşğul olmağa çox gec başladığım kompensasiya olundu. Amma mən özüm hesab edirəm ki, məhz başlamalı olduğum vaxt başladım. Məhz buna görə, sözün əsl mənasında, üç illik zəhmət və üzərimdə apardığım işdən sonra bir vaxtlar Sovet İttifaqının baş teatrı olan Rusiyanın unikal Böyük Teatrının səhnəsinə gəldim. Bu, dünyada ən nüfuzlu teatrlar siyahısına daxil olan ən yüksək səviyyəli teatrdır. Sanki yenicə debüt etdiyim kimi özümü hiss etdiyimə baxmayaraq, artıq 17 mövsümdür oradayam.

Mən həmişə bu səhnəyə böyük qürur və məmnuniyyətlə çıxıram. Ümumiyyətlə, bütün ölkələrdə səhnələrə çıxmaq mənim üçün inanılmaz dərəcədə xoşdur. Şübhəsiz ki, bu, böyük işdir, amma həm də böyük həzzdir.

- Operada hansı rol sizin üçün ən önəmli oldu?

- Hesab edirəm ki, mənim üçün ən önəmli opera partiyalardan biri Böyük Teatrda ifa etdiyim ilk partiyam olub. Bu, Pyotr İlyiç Çaykovskinin “İolanta” əsəri, Mavriyalı həkim İbn-Hakiyanın partiyasıdır. Mən bu partiya ilə dünyanın bir çox ölkələrində çıxış etmişəm. “İolanta” bütün digər operalardan fərqlənir, o, Çaykovskinin sonuncu operasıdır, həm də operada yəqin ki, ənənə olmayan müsbət sonluqla başa çatır. Buna görə - “İolanta”.

Repertuarımda kifayət qədər partiyalar var, hamısını sevirəm, hamısı mənim üçün önəmlidir. Amma məhz bu, opera teatrlarında bir çox qapıları açdı, ona görə də onu bütün partiyalardan ayırıram.

- Stand-upda özünüzü sınamağa sizi nə vadar etdi? Opera həmkarlarınız buna necə reaksiya verdilər?

- Hələ Şən və Hazırcavablar Klubunda əldə etdiyim bacarıqları və indi gördüyüm işi birləşdirmək fikri, yəqin ki, pandemiya zamanı və ya bəlkə ondan əvvəl yaranıb. Mən bu barədə uzun müddət idi ki, düşünürdüm. Yumor həmişə yaxşı əhvali-ruhiyyəni və gələcəyə inamı qorumağa kömək edir, ümumiyyətlə, həyatı asanlaşdırır. Buna görə də, bəlkə də yeni tamaşaçılar, yeni dinləyicilər cəlb etmək üçün mən elə bir format yaratmağa qərar verdim ki, onun vasitəsilə yumor prizmasından yeni tamaşaçıları, klassik musiqinin yeni dinləyicilərini cəlb etmək və bunun həqiqətən heyrətamiz bir sənət növü olduğunu göstərmək asan olsun. Baxmayaraq ki, nədənsə bəziləri üçün bu, çətin hesab olunur. Bəziləri “Xeyr, biz başa düşməyəcəyik” deyə düşünür. Amma, əslində, kim bir dəfə klassik musiqini, operanı eşidirsə, ona aşiq olur. Burada düzgün əsəri, düzgün operaları seçmək çox vacibdir ki, onun vasitəsilə operanı sevməyi öyrənməyə başlayırıq. Mənə elə gəlir ki, mənim “Kəpənəksiz opera” layihəm məhz buna yönəlib.

Həmkarlarım layihəmə çox müsbət reaksiya verdilər, bir çox gözəl rəy gəldi. Mən başa düşürəm ki, bu hekayəni davam etdirmək lazımdır və onun, əlbəttə ki, davamı olacaq.

- Hansı mövzular tamaşaçılarda daha çox rezonans doğurur?

- Əsas odur ki, klassik musiqi daha geniş auditoriyaya daha yaxın, anlaşılan və əlçatan olsun. Operanın yalnız seçilmişlər üçün olması mifini dağıtmaq vacibdir. Mən operanı yumor prizmasından izah edəndə, lazımsız pafosdan uzaqlaşanda, eyni zamanda, sənətə hörməti qoruyub saxlayanda tamaşaçıların xoşuna gəlir. Ən əsası odur ki, tamaşaçı operanı təkcə ağılla dərk etməsin, duyğuları hiss edə bilsin.

- Hansı dünya ulduzları ilə işləmək imkanınız olub? Sizi ən çox kim təsirləndirdi?

- Mənə kifayət qədər dünya ulduzları ilə səhnədə çıxış etmək nəsib oldu və bu, inanılmaz dərəcədə xoş idi. Əsl ulduzlar, əsl sənətkarlar həm məşq prosesində, həm də birbaşa tamaşa zamanı ifa etdiyi parçaları tam yaşayırlar. Bu, hər zaman gözəldir. Kimisə ayırmaq istəməzdim. Buna görə də, sualı bir az dəyişə və onu bu formatda deyə bilərik: sənətçilərdə tam olaraq nəyi bəyənirəm? Sənətkarlarda səhnədə və məşq zamanı tam fədakarlığı, səhnəyə səmimi münasibəti, musiqiyə, iş prosesinə və tamaşa günü bilavasitə tamaşanın özünə səmimi münasibəti xoşlayıram.

- Danışmaq istədiyiniz yeni layihələriniz və ya tamaşalarınız varmı?

- Planlarım, layihələrim çoxdur. Bu, əlbəttə ki, mənim “Kəpənəksiz Opera” layihəmdir, o da davam edəcək, orada məzmunu, belə deyək, dəyişdirəcəyik, amma format eyni qalacaq. Həm də pop-caz ansamblımla mahnı ifa etdiyim bir layihədir ki, bu da “Mənim mahnıma inan” adlanır. O da genişlənir, böyüyür, konsertlər də olacaq. Qarşıda yubiley ili - opera səhnəsində 20 il və 50 illik yubileyim olduğuna görə, düşünürəm ki, çox maraqlı tədbirlər baş tutacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 Mart 2025 22:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin dünyaya meydan oxudu: Avropanı gözləyən dəhşət Moskva böyük hücuma...

23 Sentyabr 2025 14:17see433

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see144

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see144

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see142

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see138

Rusiyadan Ağalarovlarla bağlı gözlənilməz TƏLƏB

23 Sentyabr 2025 12:45see132

Milli Musiqimizin Memarı” adlı konsert keçirildi FOTOLAR

23 Sentyabr 2025 16:08see132

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see131

Elariz Məmmədoğlunun zoopark macərası gündəm oldu

23 Sentyabr 2025 01:34see131

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see130

Damcılı düşərgəsində arxeoloji qazıntıların dünəni və bu günü

23 Sentyabr 2025 11:04see129

A Seriyası: Son çempion evində qalib gəldi

23 Sentyabr 2025 01:18see129

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see127

Şəbnəm Tovuzlu: “Vəfa mənim üçün bacıdır” VİDEO

24 Sentyabr 2025 00:42see122

Evdə sistem qoşulması qanunla qadağan edilsin TƏKLİF

23 Sentyabr 2025 21:01see121

Upamekanonun “Real” arzusu

22 Sentyabr 2025 20:21see121

Arda Güləri nə gözləyir? Real Madrid qərarını verdi

24 Sentyabr 2025 03:41see121

AIIF 2025 çərçivəsində 10 milyard dollarlıq sənədlər imzalanıb

23 Sentyabr 2025 18:09see118

Meyxanaçı Xəyyamın anası vəfat etdi

23 Sentyabr 2025 11:34see117

Beynəlxalq Bankın keçmiş rəhbəri Elmar Məmmədov dindirildi

23 Sentyabr 2025 04:15see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri