Icma.az
close
up
RU
Elçin Məsiyev Konfrans Liqası matçına təyinat aldı

Elçin Məsiyev Konfrans Liqası matçına təyinat aldı

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Konfrans Liqası matçına təyinat alıb.

Qaynarinfo AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Belçikada yerli "Serkl Brügge” və Şotlandiyanın "Harts” komandaları arasında keçiriləcək IV turun matçını idarə edəcək.

Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.

Noyabrın 28-də Brügge şəhərində yerləşən "Jan Breydel” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

seeBaxış sayı:27
embedMənbə:https://qaynarinfo.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri