Elçin Məsiyevin idarə etdiyi oyunlarda nə “Sabah” uduzub, nə də “Zirə”!
Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Sabah”la “Zirə” arasında keçiriləcək kubokun final matçının baş hakimi müəyyənləşdi. Belə ki, oyunu “Football-plus.az”ın da güman etdiyi kimi, təcrübəli FİFA referisi Elçin Məsiyev idarə edəcək.
Maraqlıdı, bəs, adı çəkilən ədalət təmsilçisi hansı komanda üçün daha düşərlidi? “Footbal-plus.az” bu suala cavab axtarmaq məqsədilə komandaların Məsiyevin idarə etdiyi matçlarını diqqətinizə çatdırır.
Premyer-liqa
1-ci tur. Sabah – Qarabağ 1:0
13-cü tur. İmişli – Sabah 0:3
26-cı tur. Zirə - Şamaxı 1:1
28-ci tur. Qarabağ – Sabah 0:1
30-cu tur. Zirə - Qəbələ 1:0
Ölkə kuboku
1/4 final. Zirə - Sumqayıt 2:0
Göründüyü kimi, FİFA referisi hər iki komandanın 3 görüşündə iş başında olub. “Sabah” bu oyunların hamısında qələbə qazanıb, özü də ikisini “Qarabağ” üzərində. “Zirə” isə 2 qələbə, 1 “sülh”lə yadda qalıb. Hər halda, “bayquşlar”ın statistikası daha uğurludu. Ancaq “qartallar” da Elçin Məsiyevlə uduzmayıb.
Kəsəsi, sabah mövsümdə ilk yaşanacaq: ya “Sabah”, ya da “Zirə” Elçin Məsiyevin idarə etdiyi matçda məğlubiyyətlə barışmalı olacaq. Əsas və ya əlavə vaxtda da olmasa, penalti seriyasında!
KƏNAN BAHADIR
Baxış sayı:197
Bu xəbər 13 May 2026 00:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















