Icma.az
close
up
RU
“Elçin Mirzəbəylinini təklifi müsbətdir və normanın birmənalı başa düşülməsinə yönəlib Sadiq Qurbanov

“Elçin Mirzəbəylinini təklifi müsbətdir və normanın birmənalı başa düşülməsinə yönəlib Sadiq Qurbanov

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Milli Məclisdə "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirələri zamanı bir sıra məsələləri qaldırılıb: "Bu məsələlərdən biri bilavasitə qanun layihəsinin mətni ilə bağlı olub və stilistik xarakterli düzəlişi ehtiva edib. Belə ki, deputat Elçin Mirzəbəyli "enerji resurslarının satış məbləğində fonda ayrılması nəzərdə tutulan vəsait" ifadəsinin dəqiqləşdirilməsinə, bununla da həmin ifadənin daha aydın başa düşülməsinin təmin edilməsinə zərurət olduğunu bildirib. Bu məsələ komitə olaraq bizim də diqqətimizdə olub və tərəfimizdən həmin ifadənin yeni variantda verilməsi ilə bağlı qanunvericilik təşəbbüsü subyektinə müraciət edilib və razılaşdırılıb. Beləliklə, artıq qanunun mətnində dəyişdirilməsi təklif olunan "enerji resurslarının tarif və qiymətlərində fonda ayrılması nəzərdə tutulan vəsait (enerji resurslarının satışından əldə olunan vəsait)" ifadəsinin "enerji resurslarının satışından bu Qanunun 16.4-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilən məbləğdə fonda köçürülən vəsait" ifadəsi ilə əvəz edilməsi təklif olunur. Bununla da həm fikrin daha aydın ifadə olunması təmin olunur, eyni zamanda isə "fonda köçürülən vəsait"in miqdarının hansı normativ sənədlə müəyyən olunmasına aydınlıq gətirilir. Hesab edirəm ki, bu düzəliş çox müsbətdir və normanın aydın və birmənalı başa düşülməsinə yönəlib".
Qanun layihəsi sonuncu oxunuşda qəbul edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 20 Dekabr 2024 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see289

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see250

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see238

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see237

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see209

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see197

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see185

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see179

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see175

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see175

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see163

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see162

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see154

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see152

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see151

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see146

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see145

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see144

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri