Elçin Yusubov vəzifəsindən niyə azad edilib?
Turkstan.az saytına istinadən Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov vəzifəsindən azad olunub.
Turkustan.az Xitab24.az-a istinadla xəbər verir ki, adıçəkilən məmurun işdən çıxarılmasına başlıca səbəb sahibkarların çoxsaylı şikayətləri olub.
Bundan başqa, bir müddətdir Xankəndidə aparılan yoxlamaların nəticəsi də ürəkaçan olmayıb. Bu isə Elçin Yusubovun sözügedən vəzifədən uzaqlaşdırılması ilə nəticələnib.
Elçin Yusubovun xüsusən də Xankəndidə öz çevrəsinə yaxın olan adamlara geniş imkanlar yaratdığı bildirilir.
Qeyd edək ki, Elçin Yusubov 2024-cü il martın 7-də Prezident İlham Əliyevin Sərəncamı ilə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 22 Oktyabr 2026 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















