Eldar Əzizov gələcək haqqında...
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın bütün xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə qış mövsümünə hazırlıq məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib.
Bu barədə Milli.Az-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən məlumat verilib.
Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bu gün Prezident İlham Əliyevin son tarixi çıxışlarının yaratdığı təəssürat altındayıq.
O vurğulayıb ki, dövlət başçısının bu çıxışlarını sadəcə bəyanatlar kimi qiymətləndirmək olmaz. Çünki mahiyyət etibarilə həmin çıxışlar dünənin və bugünün reallıqlarını özündə əks etdirən, gələcəyə ünvanlanmış mühüm tarixi mesajlardır.
"Bu çıxışlarda Qarabağ məsələsinin Azərbaycan xalqı tərəfindən müstəqil şəkildə həll edildiyi birmənalı olaraq bəyan olundu. Azərbaycan kimi bir dövlətin tam müstəqil siyasi kurs həyata keçirməsi bütün dünyaya əyani şəkildə göstərildi. Bu da tarixi nöqteyi nəzərdən çox vacibdir. Əminəm ki, bu çıxışlar elmi dərinlik baxımından gələcəkdə saysız tarixi-elmi dissertasiyaya mövzu olacaq" - Eldar Əzizov qeyd edib.
Müşavirə zamanı paytaxtda aparılan abadlıq-quruculuq işləri, kommunal xidmətlərin fəaliyyəti, sanitar-təmizlik vəziyyəti və yaşıllaşdırma ilə bağlı cari məsələlər də müzakirə olunub.
Həmçinin kommunal xidmət sahələrinin rəhbərlərinin qış mövsümünə hazırlıq işlərinin gedişi barədə hesabatları dinlənilib.
Müşavirənin yekununda görülən işlərin sürətləndirilməsi və qarşıya qoyulan vəzifələrin vaxtında yerinə yetirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 20 Oktyabr 2026 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















