Icma.az
close
up
RU
Eldar Əzizov rəisə yeni vəzifə verdi

Eldar Əzizov rəisə yeni vəzifə verdi

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyindəki Yaşıllaşdırma Təsərrüfatı Birliyində yeni təyinat olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov əmr imzalayıb.

Əmrə əsasən, Yaşar Salahov Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Baş direktorunun müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, o, bu təyinatadək Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Su quyularının İstismarı və Təmiri Xidməti müəssisəsinin rəisi vəzifəsində çalışıb.

Murad İbrahimli


Xətai rayonunda rayon İcra Hakimiyyəti və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə  Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev,YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mübariz Qurbanlı, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Zahid Oruc, millət vəkilləri Vüqar Rəhimzadə və Pərvanə Vəliyeva, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdir müavini Rafael Gülməmmədov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft–Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən Müharibəsi qəhrəmanları Anar Mirzəyev və Zaur Hüseynov, Xətai Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov, şəhid ailələrinin üzvləri, qazilər, idarə və müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və partiya fəalları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri qoyublar. Tədbir Baku Marriott Hotel Boulevarddə davam etdirilib. Burada Ulu Öndərin və Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Açılış nitqi ilə çıxış edən Ramil Mirzəyev Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin xilaskarı kimi tarixi rolundan bəhs edib. O bildirib ki, Heydər Əliyev yalnız siyasi lider deyil, həm də müasir Azərbaycanın memarıdır. Onun uzaqgörən siyasəti nəticəsində ölkə parçalanma və tənəzzül təhlükəsindən xilas olaraq sabit inkişaf yoluna qədəm qoyub. Qeyd olunub ki, bu gün həmin siyasi kurs İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Daha sonra Ümummilli Liderə həsr olunmuş film nümayiş etdirilib.

Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxışında Heydər Əliyevin Azərbaycan tarixində müstəsna rolunu vurğulayaraq bildirib ki, onun siyasi iradəsi nəticəsində ölkəmiz müstəqilliyini möhkəmləndirib və beynəlxalq aləmdə layiqli mövqe qazanıb.

Milli Məclisin deputatı Mübariz Qurbanlı Ümummilli Liderin milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirdiyi siyasətin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Azərbaycançılıq ideologiyası məhz onun tərəfindən dövlət siyasətinin əsas xəttinə çevrilib.

Deputat Vüqar Rəhimzadə Heydər Əliyevin müəyyən etdiyi siyasi və iqtisadi inkişaf strategiyasının Azərbaycanın bugünkü gücünün əsasını təşkil etdiyini bildirib. Onun sözlərinə görə, neft strategiyası və beynəlxalq layihələr ölkənin dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirib.

Deputat Zahid Oruc çıxışında Heydər Əliyev modelini dövlətçilik və milli təhlükəsizlik baxımından mühüm konsepsiya kimi qiymətləndirib. O qeyd edib ki, bu model güclü dövlətçilik ənənələrinin formalaşdırılmasına xidmət edir.

Deputat Pərvanə Vəliyeva isə sosial siyasətin humanist mahiyyətindən bəhs edərək bildirib ki, Heydər Əliyev hər zaman insan amilini ön planda saxlayıb, xüsusilə qadınların ictimai-siyasi həyatda rolunun artmasına xüsusi diqqət yetirib.

YAP Mərkəzi Aparatının nümayəndəsi Rafael Gülməmmədov çıxışında partiyanın yaranma tarixindən danışaraq qeyd edib ki, Yeni Azərbaycan Partiyası Ulu Öndərin siyasi irsinin davamı kimi formalaşıb və ölkədə sabitliyin təmin olunmasına mühüm töhfə verib.

Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov çıxışında gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyətini vurğulayıb və bildirib ki, bu ideyalar əsasında yetişən nəsil Vətən müharibəsində qəhrəmanlıq nümayiş etdirib.

Xətai Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov isə çıxışında vətənə sədaqət və milli dəyərlərin qorunmasının vacibliyini qeyd edib.

Tədbir çərçivəsində bir qrup YAP fəalı Fəxri Fərmanla təltif olunub, həmçinin partiyaya yeni qəbul olunan üzvlərə vəsiqələr təqdim edilib.

Bədii hissədə vətənpərvərlik mövzusunda kompozisiyalar təqdim olunub və iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekunlaşıb.



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://unikal.az
archiveBu xəbər 06 May 2026 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see441

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see287

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see282

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see272

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see272

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see268

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see268

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see268

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see262

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see259

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see235

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see232

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see217

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see215

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see215

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see206

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see199

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see193

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see187

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

02 Sentyabr 2026 05:49see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri