Eldar Əzizovun sevimli şirkəti “Star Construction 12” QSC nin külli miqdarda vergi borcu üzə çıxdı 2,84 milyon manat
Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Star Construction-12” Qapalı Səhmdar Cəmiyyətinin vergi borcu üzə çıxıb.
Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, şirkətin borcu 2.840.172,09 AZN təşkil edir.
QSC-nin nizamnamə kapitalı 2.050 manat, qanuni təmsilçisi isə Mirsahib Bayramov Atamali oğludur.
Mediada yayılan məlumatlara görə, sözügedən QSC Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun "sevimli" şirkətidir.
Şirkət Bakı Şəhər İcra Hakimiyyətinin və nəzdində fəaliyyət göstərən “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ilə onlarla milyonluq tenderlər qazanıb.
Onu da bildirək ki, bugünə kimi çoxsaylı tender müsabiqələrinin qalibi olan "Star Construction-12" QSC-nin direktoru Bayramov Mirsahib Atamalı oğlu daha əvvəl Bakı şəhəri üzrə Təhsil İdarəsində Təmir-tikinti və təchizat sektorunun müdiri olub. Mətbuatda yazılır ki, Mikayıl Cabbarov Təhsil naziri olduğu zaman Mirsahib Bayramov tutduğu vəzifədən azad olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 04 Sentyabr 2025 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















