Icma.az
close
up
RU
Eldar Əzizovun şifrəli bənzətməsi Azərbaycan niyə Fransa ilə müqayisə edildi?

Eldar Əzizovun şifrəli bənzətməsi Azərbaycan niyə Fransa ilə müqayisə edildi?

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun səsləndirdiyi son fikirlər ictimaiyyətdə birmənalı qarşılanmayıb. Belə ki, Əzizov Azərbaycanda yaşayış səviyyəsinin yüksək olduğunu və ölkəmizin yalnız Fransa ilə müqayisə edilə biləcəyini diqqətə çatdırıb.

Həqiqət necədir? Bunun elmi, sosial və iqtisadi əsası var? Bakının başçısı niyə ölkəmizi məhz Fransa ilə müqayisə edib?

Globalinfo.az-a danışan REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyib ki, Eldar Əzizovun hansı əsasla belə bir müqayisə apardığı bilinmir. Sadəcə minimum əmək haqqına baxsaq, Fransada bu göstərici təxminən 1800 manat ekvivalentindədir:

“Azərbaycanda isə minimum əmək haqqı 400 manatdır. Bu, çox ciddi fərqdir.

Natiq Cəfərli

Minimum təqaüdə gəldikdə isə, Fransada bu rəqəm təxminən 2500–3000 manat səviyyəsindədir. Azərbaycanda isə son məlumata görə, minimum pensiya 320 manat təşkil edir. Bu rəqəmləri müqayisə etdikdə, necə olur ki, biz Fransayla eyni səviyyədə yaşayırıq? Bu müqayisənin hansı göstəricilər əsasında aparıldığı doğrudan da aydın deyil.

Görünür, bu bəyanat daha çox siyasi xarakter daşıyır. Fransa ilə münasibətlərin hazırkı vəziyyəti bəllidir. Bu münasibətlərin soyumasında əsas səbəbkar Fransadır. Ola bilər ki, bu cür çıxışlar həmin vəziyyətə cavab kimi ortaya qoyulur. Ancaq bu tip bəyanatlar cəmiyyət üçün inandırıcı görünmür və real faktlara əsaslanmadığı üçün daha çox sual doğurur”.

Ağ Partiya başqanı Tural Abbaslı isə məsələyə belə münasibət bildirib:

Tural Abbaslı

“Eldar bəyin fikirlərini oxudum. Amma bu yanaşma doğru deyil. Əhali arasında bu cür fikirləri eşidirmi, ya fransızların, digər MDB ölkələrinin yaşayış səviyyəsi haqqında məlumatlıdırmı?

Təbii ki, məqsəd bu müqayisələrlə Azərbaycanı aşağılamaq deyil. Amma reallıq odur ki, bir çox sahələrdə, xüsusən də sosial rifah, iqtisadi inkişaf və texnoloji imkanlar baxımından Azərbaycan hələ də inkişaf etmiş ölkələrlə müqayisədə bir qədər geridə qalır. Ən yaxşı halda, bəzi göstəricilər üzrə MDB ölkələri arasında yuxarı sıralarda ola bilərik. Amma bu, qlobal miqyasda kifayət deyil.

Bu deyilənlər daha çox rəsmi təbliğat xarakteri daşıyır, yəni məqsəd hökumətin apardığı siyasətin doğru olduğunu göstərmək və ictimaiyyətin bu siyasətə dəstəyini təmin etməkdir. Məncə, belə çıxışlar əslində uğur və ya dəstək yaratmaqdan çox, əks təsir bağışlayır. Yəni, xalqda narazılıq doğura bilər.

Ümumiləşdirsək, bu tip fikirlər nə ictimaiyyət arasında maraq oyadır, nə də iqtidarın və ya onu təmsil edən siyasi partiyanın mövqeyini gücləndirir. Əksinə, reallıqdan uzaq bəyanatlar bəzən cəmiyyətin reaksiyasına səbəb ola bilər. Məsələn, gəlin sorğu keçirək “Eldar Əzizov deyir ki, biz Fransayla eyni səviyyədə yaşayırıq”, xalq buna necə reaksiya verər?

Bəlkə də bu cür çıxışların məqsədi gündəmi dəyişmək və ya ictimai qəzəbi başqa yönə çəkməkdir, amma bu, real vəziyyətdən uzaqdır. Eldar müəllimə bir sual vermək istəyirəm:

Biz Fransa ilə eyni inkişaf səviyyəsindəyiksə, belə çıxır, ölkəyə güclü yağış yağanda Paris meri keçidlərin bağlanmasını, əhalinin boğulub ölməməsi üçün buradan keçməməyə çağırır? Əgər həqiqətən belə vəziyyət varsa, o zaman Eldar Əzizovun fikirləri ilə razılaşaram. Belə bəyanatlarla razılaşmaq çətindir. Çünki real vəziyyətlə uzlaşmır”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 May 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see283

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see168

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see157

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see154

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see146

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see140

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri