Icma.az
close
up
RU
Eldar Mahmudovun bildiyi sirlər və ölkədən çıxmaq qadağası

Eldar Mahmudovun bildiyi sirlər və ölkədən çıxmaq qadağası

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Onun ölkədən çıxışına heç bir qadağa yoxdursa, şəxsiyyət sənədi ilə bağlı problemi də mövcud deyilsə, bəs niyə...

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov yenidən medianın diqqət mərkəzindədir. Bu dəfə onun şəxsiyyət vəsiqəsinin yenilənməsi ilə bağlı üzləşdiyi problemlə gündəmə gəlib. Mediada yayılan məlumatlara görə, Eldar Mahmudov “MTN işi” çərçivəsində istintaqa cəlb edildiyindən, sənədlərini yeniləyə bilməyib. Mediada yayılan məlumatlara görə, Eldar Mahmudov “MTN işi” çərçivəsində istintaqa cəlb edildiyindən, sənədlərini yeniləyə bilməyib.

Lakin sabiq nazirin ailə vəkili Cavid Rzazadə Qafqazinfo.az-a bildirib ki, Eldar Mahmudovun şəxsiyyət vəsiqəsini yeniləyə bilməməsi və ya məhdudiyyətlə üzləşməsi ilə bağlı hər hansı məlumat yoxdur. “Əgər belə məsələ olsaydı, ailə vəkili kimi mənim xəbərim olardı. Hazırda bu barədə heç bir məlumat yoxdur. Bundan əlavə, Eldar Mahmudovun ölkədən çıxışına qadağa qoyulması iddiaları da doğru deyil. Belə bir qadağa yalnız şəxs barəsində cinayət təqibi başladıldığı halda tətbiq oluna bilər. Hazırda Eldar Mahmudovla bağlı hər hansı cinayət təqibi aparılmır”, - vəkil bildirib.

Azərbaycanda avtomatlaşdırılmış “Giriş-çıxış və qeydiyyat” məlumat-axtarış sistemi var. Sistemin əsas təyinatı ölkəyə gəlişinə və ölkədən gedişinə məhdudiyyət qoyulan şəxslər haqda da elektron xidmətlərin göstərilməsidir. Dəyişikliyə əsasən, sistem xaricə daimi yaşamağa getmək hüququ “Dövlət sirri haqqında” Qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırılmış dövlət sirri ilə işləməyə buraxılan və ya əvvəllər buraxılmış əməkdaşlara nəzarət də həyata keçirilir. Hələ o zaman qanuna dəyişikliklər edilməsi belə fikirlər formalaşdırmışdı ki, istintaqa cəlb edilmiş “mahmudovçular”ın, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ölkədən çıxışına məhdudiyyət qoyulması asanlaşdırılır. Mahmudovun “pasport məsələsi” dövlət sirrinə vaqif olan şəxslərin ölkədən çıxışının qanunlarla necə tənzimlənməsi sualını ortaya çıxarır.

Məsələ təkcə bir vəsiqənin yenilənməsindən ibarət deyil. Eldar Mahmudov ölkəni son 20 ilin ən dərin təhlükəsizlik böhranlarından birinə sürükləmiş şəxsdir. Bu adam uzun illər dövlətin ən məxfi informasiyalarını daşıyıb, gizli əməliyyatlara rəhbərlik edib və son nəticədə, “MTN işi” ilə rəsmi olaraq olmasa da, mənəvi olaraq məsuliyyət daşıyan fiqura çevrilib.

Bəs belə bir şəxs barəsində bu qədər ziddiyyətli məlumatlar necə dövr edir? Doğrudanmı Eldar Mahmudov azaddır? Yoxsa nəzarət altındadır?

Rəsmi məlumatlara, ailə vəkilinin dediyinə görə, Eldar Mahmudov istintaqa cəlb olunmayıb və barəsində ölkədən çıxış qadağası tətbiq edilməyib. Məsələnin rəsmi tərəfi belədir. Reallıqda isə onun ölkədən çıxışına icazə verilib-verilməməsi sual olaraq qalır.

Eldar Mahmudov MTN-i quldur yuvasına çevirib ölkənin təhlükəsizlik sistemini imtahana çəkməsəydi belə, təqaüd yaşı çatdığına görə istefaya göndərilsəydi, bu halda da ölkədən çıxışı adi vətəndaşdan fərqlidir. Azərbaycan qanunvericiliyinə görə dövlət sirrinə malik şəxslərin xaricə gedişi birbaşa icazə və nəzarət mexanizmi ilə tənzimlənir. Tutduğu vəzifə ilə əlaqədar dövlət sirlərinə vaqif olan şəxslər təqaüdə göndəriləndə xüsusi iltizam imzalayırlar. Bu sənədlə onlara məlum olan dövlət və məxfi sirlərin açıqlanacağı təqdirdə cinayət məsuliyyəti daşıdıqlarını xatırladır. Bu, elə-belə sənəd deyil. Bu sənəd eyni zamanda onların hərəkət və fəaliyyət azadlığını müəyyən mənada şərtləndirən hüquqi rıçaqdır. Eldar Mahmudovun rəhbərlik etdiyi strukturda generallar, polkovniklər, idarə rəisləri “MTN işi” çərçivəsində həbs edildi, bir çoxları məhkəmə qarşısında cavab verdi. Onların bəziləri bu gün də həbsdədir. Eldar Mahmudovun MTN-də illərlə fəaliyyətdə olmuş mütəşəkkil quldur cinayətkar şəbəkənin başında dayandığı kimsəyə sirr deyil. Ona görə də bir çoxları sual edir ki, onun bildiyi sirlər “toxunulmazlıq qalxanı” ola bilərmi?

10 il ötməsinə baxmayaraq, mümkündür ki, Eldar Mahmudovun bildiyi sirlər hələ də aktuallığını qoruyub saxlayır. Bütün bu gedişat göstərir ki, Eldar Mahmudov barəsində səssizlik elə-belə yox, məqsədli şəkildə qorunur. Onun ictimaiyyətdən təcrid olunması, hüquqi qeyri-müəyyənlikdə saxlanması əslində nəzarət mexanizminin bir formasıdır. Əgər doğrudan da onun ölkədən çıxışına heç bir qadağa yoxdursa, şəxsiyyət sənədi ilə bağlı problemi də mövcud deyilsə, bəs niyə heç yerdə görünmür? Niyə danışmır? Niyə övladlarının məskunlaşdığı İngiltərəyə səfər etmir?

Eldar Mahmudovun informasiya yüklü yaddaşı bir tərəfdən onu həbsdən qorusa da, digər tərəfdən “ölkə dustağı”na çevirib. Onun beynində çox sirlər var və bu da onu adi bir təqaüdçü etmir. Əksinə, onun hərəkətləri, danışması, səyahəti, müsahibəsi, hətta şəxsi ünsiyyəti belə risk faktoruna çevrilə bilər.

Bir çox müstəqil ekspertlər hesab edir ki, Eldar Mahmudovun ölkədən çıxmaması təkcə hüquqi deyil, həm də təhlükəsizlik zərurətidir. Çünki belə bir şəxs xarici ölkəyə gedərsə və orada danışarsa, bu, ölkənin maraqları üçün ciddi təhdidə çevrilə bilər. Elə buna görə də “pasport problemi” əslində hüquqi prosedur yox, siyasi zərurət ola bilər.

Bütün bunlara rəğmən məsuliyyətə cəlb olunması da daim gündəmdədir. Əgər siyasi iradə ortaya qoyularsa, Eldar Mahmudov gec-tez hüquqi araşdırmanın subyektinə çevrilə bilər. Bu, həm də “MTN işi”nin tamamlanması baxımından mühüm addım olardı.

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, “Dövlət sirri haqqında” Qanuna görə, keçmişdə məxfi informasiya ilə işləyən şəxslərin ölkədən çıxışı müvafiq qurumlarla razılaşdırılmalıdır: “Əlbəttə ki, bu mexanizm Eldar Mahmudov üçün də keçərlidir. 10 il ölkənin təhlükəsizlik sisteminin başında dayanan biri olaraq o, sirr dağarcığına çevrilib. O ki qaldı şəxsin ölkədən çıxışına, Cinayət Prosessual Məcəlləyə görə, yalnız istintaqa cəlb olunan şəxsə qarşı ölkədən çıxma qadağası tətbiq oluna bilər. Eldar Mahmudov ötən illərdə dindirilib, amma istintaqda statusu bilinmir. Aydın deyil ki, şahiddir, yoxsa təqsirləndirilən şəxs. Amma formal olaraq istintaqa cəlb olunmamaqla praktiki nəzarətdə olmaq fərqli anlayışlardır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 04 İyun 2025 09:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri