Eldar Məmmədov “Sovetski“ ilə bağlı xatirələrini danışdı: “Qadınlar küçədən keçəndə hamımız susardıq“
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qəhrəmanı Əməkdar mədəniyyət işçisi Eldar Məmmədov olub.
"Sovetski"də böyüyən Eldar Məmmədov ora ilə bağlı xatirələrini bölüşüb:
"Biz yayda həyətə çıxar, gecəyə qədər dostlarımızla söhbətləşərdik. Qadınlar küçədə yanımızdan keçəndə hamımız susardıq. Həmin an qadınların yanında kimsə artıq-əskik söz desə, onu döyərdik. Bu gün təkrar "Sovetski"də yaşamaq şansım olsa, düşünmədən ora gedərəm".
O həmçinin operator peşəsinə olan sevgisindən danışıb:
"Operatorluğa həvəsim böyükdür. O vaxtlar texniki imkanlar zəif olduğu üçün işləmək çətin idi. Buna baxmayaraq, hər şeyi çatdırırdıq. Operator işinin sirri işığın düzgün qurulmasıdır. Çoxlu operatorlar yetişdirmişəm. Bu sahəyə həvəsi olanlara işin bütün xırdalıqlarını öyrətmişəm".
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:18
Bu xəbər 07 Noyabr 2025 08:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















