Icma.az
close
up
RU
Əldə edilən kəşfiyyat sənədləri: Rusiya Çinə o qədər də etibar etmir

Əldə edilən kəşfiyyat sənədləri: Rusiya Çinə o qədər də etibar etmir

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ukrayna müharibəsi başlayandan Qərb dünya tərəfindən kommersiya və diplomatik səhnədən kənarlaşdırılan Rusiya bu müddət ərzində “dostluq” qurduğu Çinə o qədər də etibar etmir.

Bizimyol.info xəbər verir ki, Amerikanın “New York Times” qəzetində çıxan xəbərə görə, Rusiya daxili kəşfiyyat bölməsi Federal Təhlükəsizlik Xidməti (FTX) 2022-ci ildə Çini “düşmən” kimi təsnif edən və Pekin administrasiyasının Rusiya maraqlarına zərər vurmasının qarşısını almağı hədəfləyən “Antanta-4” adlı birlik yaradıb.

FTX-nin sızdırılmış sənədlərinə əsaslanan xəbərə görə, Moskva administrasiyasına “Çin təhlükəsi” ilə bağlı xəbərdarlıq edən bölmə, xüsusilə rus alimlərindən kritik hərbi texnologiyalar haqqında məlumat əldə etməyə çalışır.

Çinin Rusiyadakı fəaliyyəti ilə bağlı ən diqqət çəkən təqib Çinin "WeChat" söhbət proqramından əldə edilən məlumatların araşdırılmasıdır. Bir çox sosial media və ünsiyyət tətbiqini izləmək qabiliyyətinə də sahib olan "Skopishche" sistemi vasitəsilə çinlilərlə əlaqə saxladığı düşünülən rusların əlaqə məlumatları və yazışmaları araşdırılır. Bu kontekstdə Rusiya alimləri, hökumət rəsmiləri, tədqiqatçılar və həssas məlumatlara çıxışı olan digər şəxslər yoxlanılır. FTX də bəzən Çinlə əlaqə saxlayan insanlara xəbərdarlıq edərək, söhbətlərini dayandırmağı xahiş edir.

Rusiya kəşfiyyatı Çindəki bəzi akademik dairələrin Rusiya ərazisinə iddia etmək üçün povest yaratmasından ehtiyat edərək, Pekinin həm də mədən şirkətləri və universitet tədqiqat mərkəzləri vasitəsilə Arktika bölgəsində casusluq etdiyinə inanır.

Kreml Çinlə sıx ittifaqın tərəfdarı olsa da, kəşfiyyat sənədləri Pekinə dərin inamsızlığı ortaya qoyur.

Qərbin sanksiyalarından sonra Çin Rusiya ixracatının ən böyük müştərisinə çevrilib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 09 İyun 2025 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri