Icma.az
close
up
RU
Əldən ayaqdan düşmək... İnsan orqanizmində qocalma prosesi iki kritik dövrdə sürətlənir Araşdırma

Əldən ayaqdan düşmək... İnsan orqanizmində qocalma prosesi iki kritik dövrdə sürətlənir Araşdırma

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Alimlər müəyyən ediblər ki, insan orqanizmində qocalma prosesi iki kritik dövrdə sürətlənir.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, araşdırmalara görə, qocalma prosesində ən kəskin dəyişikliklər orta hesabla 44-60 yaş arasında baş verir.

Stenford Universitetinin genetiki Maykl Snayder: "Biz zamanla tədricən dəyişmirik, bəzi dövrlərdə həqiqətən dramatik dəyişikliklər yaşayırıq. İnsan yaşının 40-cı illərinin ortaları və 60-cı illərinin əvvəlləri bu dəyişikliklərin ən intensiv olduğu dövrlərdir. Hansı sinif molekullara baxmağınızdan asılı olmayaraq, bu dəyişmir",- deyə qeyd edib.

Yaşlanma prosesi mürəkkəb bioloji dəyişikliklər prosesinə əsaslanır və bir çox xəstəliklərin riskini artırır. Snayder və komandası bu prosesi daha yaxşı başa düşmək və yaşa bağlı xəstəliklərlə mübarizənin effektiv üsullarını hazırlamaq üçün insan orqanizmindəki bioloji dəyişiklikləri izləyib.

Tədqiqatçılar bir neçə il ərzində müntəzəm olaraq 108 yetkin insanın bioloji nümunələrini tədqiq ediblər. Cəmi 135 mindən çox bioloji faktor təhlil edilərək, yaşlanma prosesində əhəmiyyətli dəyişikliklər göstərən molekullar müəyyən edilib.

Araşdırmaya görə, bədəndəki molekulların təxminən yüzdə 81-i 44-60 yaş arasında əhəmiyyətli dəyişikliklər göstərir.

40-cı illərin ortalarında lipid, kofein və spirt mübadiləsi, ürək-damar xəstəlikləri, dəri və əzələ funksiyaları ilə bağlı molekullarda əhəmiyyətli dəyişikliklər baş verdiyi halda, 60-cı illərin əvvəllərində karbohidrat mübadiləsində, immun sistemində və böyrək funksiyalarında dəyişikliklər müşahidə edilmişdir.

Bu yaş aralıqları qadınlarda menopoz və ya perimenopoz ilə üst-üstə düşdüyü üçün alimlər bunun əsas faktor olub-olmadığını da araşdırıblar. Bununla belə, tapıntılar kişilərin də eyni yaş aralığında oxşar bioloji dəyişikliklər yaşadığını göstərdi.

Tədqiqatın aparıcı müəllifi, Metabolomika mütəxəssisi Xiaotao Shen: “Bu, menopozun qadınlara təsir göstərməsinə baxmayaraq, həm kişilər, həm də qadınlar üçün daha böyük amillərin rol oynadığını göstərir. Bu amillərin müəyyən edilməsi gələcək tədqiqatlar üçün prioritet olmalıdır”,- deyə bildirib.

Tədqiqatçılar tədqiqatın nümunə ölçüsünün məhdud olduğunu və 25-70 yaş arasında olan şəxsləri əhatə etdiyini qeyd ediblər. Gələcəkdə daha geniş yaş aralıqlarını və daha ətraflı bioloji müayinələri ehtiva edən araşdırmalarla bu prosesi daha yaxşı başa düşmək hədəflənir.

Araşdırmanın nəticələri "Nature Aging" jurnalında dərc olunub.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 Mart 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri