Eldəniz Əzizli beşqat dünya çempionu oldu
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında final görüşünə çıxıb.
Milli.Az xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində çıxış edən idmançı həlledici qarşılaşmada iranlı Payam Əhmədi ilə üz-üzə gəlib.
Rəqibini 3:1 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi qızıl medal qazanıb. Bununla da Eldəniz Əzizli beşqat dünya çempionu olub.
Bu gün, həmçinin Sənan Süleymanov (77 kiloqram) qızıl medal uğrunda görüşdə qüvvəsini sınayacaq. Onun rəqibi moldovalı Aleksandrin Qutu olacaq.
Qeyd edək ki, güləş üzrə dünya çempionatına noyabrın 1-də yekun vurulacaq.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:Dördqat dünya çempionu Eldəniz Əzizli karyerasını bitirmək niyyətindədir
19 Sentyabr 2025 21:08
Qazaxıstanın Astana şəhərində keçirilən Dünya Çempionatında Eldəniz Əzizli beşqat dünya çempionu titulunu qazanıb
25 Oktyabr 2026 18:34
4 qat dünya çempionu Eldəniz Əzizli: “Bəzən məcbur edirlər ki...” EKSKLÜZİV
11 Mart 2025 08:30
Eldəniz Əzizli karyerasını başa vuracaq
07 Yanvar 2026 11:32
Güləşçilər aysberqin görünən tərəfidir Eldəniz Əzizli
04 Noyabr 2024 17:35
Baxış sayı:141
Bu xəbər 25 Oktyabr 2026 17:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















