Icma.az
close
up
RU
“Elə bilirdi, toyuqları qonşular zəhərləyib” Məhkəmə

“Elə bilirdi, toyuqları qonşular zəhərləyib” Məhkəmə

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Sumqayıtda 67 yaşlı qonşusu Mehparə Ələkbərovaya dəmir alətlə xəsarətlər yetirərək onun ölümünə səbəb olan Mikayıl Şərifovun məhkəmə prosesi başa çatıb.

Globalinfo.az bildirir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, 1983-cü il təvəllüdlü M.Şərifov 18 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 120.2.2., 120.2.4 və 120.2.9-cu maddələri üzrə təqsirli bilinib.

Məlum olub ki, M.Şərifov hadisəni narkotik vasitələrin təsiri altında, eyni zamanda sərxoş vəziyyətdə törədib. Daha öncə də Rusiyada məhkumluq həyatı yaşayan təqsirləndirilən şəxs ifadəsində bildirib ki, Mehparə Ələkbərovanı hadisədən 10-15 gün əvvəl tanıyıb.

“Mehparə qonşuların onun toyuqlarını qəsdən zəhərləyərək öldürdüyünü düşünürdü. Mübahisə onu bu fikirdən yayındırmaq, toyuqların xəstəlik səbəbindən tələf olmasına inandırmaq istəyirkən baş verdi. Sərxoş vəziyyətdə olduğum üçün Mehbarə Ələkbərovanın dedikləri məni əsəbiləşdirdi.

Hadisədən əvvəl Mehparə məndən ölmüş toyuqlarının şəklini çəkməyi, “kserekopya”dan çıxarıb ona gətirməyi xahiş etmişdi. Şəkilləri sübut kimi saxlamağı düşünürdü. Mən də 10 nüsxə çıxartdırıb ona verdim. Mehparə də bunun qarşılığında mənə 15 manat ödədi” – təqsirləndirilən şəxs ifadəsində bildirib.

Qeyd edək ki, hadisə ötən ilin yanvarın 5-də baş verib. Şərifov Mikayıl Nurəddin oğlu qonşuluqda yaşayan Ələkbərova Mehparə İmanqulu qızı ilə mübahisə edib. Nəticədə M.Şərifov əlində olan dəmir alətlə (kərki) M.Ələkbərovanın baş nahiyəsindən bir neçə zərbə vuraraq ona qapalı kəllə-beyin travması və digər ağır dərəcəli bədən xəsarətləri yetirib. Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. M.Ələkbərova daha sonra xəstəxanada dünyasını dəyişib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Fevral 2026 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see307

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see305

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see305

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see300

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see281

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see281

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see281

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see266

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see262

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see258

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see253

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see252

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see252

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see246

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see244

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see234

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see230

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see222

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri