Icma.az
close
up
RU
Elə bilirdik ki, onları məhv edəcəyik, İranı çox şişirtmişik Ruhani

Elə bilirdik ki, onları məhv edəcəyik, İranı çox şişirtmişik Ruhani

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Təxminən 10–15 il əvvəl hakimiyyət daxilindəki bəzi “etibarlı” vəzifəli şəxslər İsrail və ABŞ-nin İrana hücum ehtimalını sıfır hesab edirdilər. Belə bir hadisə baş verərsə, İsrailin bir neçə gün ərzində “məhv ediləcəyinə”, İranın isə on minlərlə amerikalı əsgəri öldürəcəyinə inanırdılar”.

Gununsesi.info xəbər verir ki, bunu İranın keçmiş prezidenti Həsən Ruhani deyib.

“Əsaslar gətirib deyirdilər ki, İsrail bizə hücum etsə, bir neçə gün ərzində darmadağın ediləcəyini və məhv olacağını bilir. Hesab edirdilər ki, ABŞ də bizə hücum etməyəcək, çünki hücum edərsə, bir neçə gün və ya bir neçə həftə sonra bölgədə müxtəlif bazalarda yerləşən 100 min amerikalının məhv olacağını və on minlərlə cəsədi daşımalı olacaqlarını bilir”, – o vurğulayıb.

Ruhani qeyd edib ki, onlar bu qərarverici yanaşmaları müəyyən “düşüncə və hesablamalar” əsasında formalaşdırır və ali rəhbərliyə təqdim ediblər. Keçmiş prezidentin fikrincə, mövcud vəziyyətə görə məsuliyyətin bu yanaşmaları formalaşdıranlar yox, qərar verənlər daşıyır.

Həsən Ruhani ali rəhbərliyə səhv hesablamalar təqdim etməyi “ən böyük xəyanət” adlandırıb və xəbərdarlıq edib ki, vəzifəli şəxslər aşağı səviyyəli məmurların sözlərini asanlıqla qəbul etməməlidirlər.

Sabiq prezident İranın hərbi gücünü şişirtməyi də “xəyanət” adlandırıb: “Bu şəxslərin dedikləri heç vaxt məni tam qane etməyib, həmişə bildirmişəm ki, hökumət özünü gücləndirməli, ölkənin təhlükəsizliyi ilə bağlı dəqiq olmayan hesablamalara arxayın olmamalıdır”.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 18 Dekabr 2025 09:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri