Icma.az
close
up
RU
Elə bir mərhələdəyik ki, təhsildə idarəetmə sistemini yenidən düşünmək lazımdır Əməkdar müəllim

Elə bir mərhələdəyik ki, təhsildə idarəetmə sistemini yenidən düşünmək lazımdır Əməkdar müəllim

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

"Azərbaycanda 600-ə yaxın məktəbdə direktor vəzifəsinin boş qalması ilə bağlı statistika təəssüf doğurur. Əgər yüzlərlə məktəb uzun müddət rəhbərsiz qalırsa, bu, artıq ayrı-ayrı kadr çatışmazlığı deyil, sistemli planlama və məsuliyyət problemi deməkdir. Direktor təyinatı bu qədər çətinləşibsə, deməli, idarəetmədə etimad mexanizmləri, namizəd hazırlığı və şəffaf seçim prosesləri istənilən səviyyədə işləmir. Məktəblər rəhbərsiz qalanda isə tədris keyfiyyəti, müəllim motivasiyası və məktəbin idarəçilik səriştəliliyi zəifləyir".

Bu barədə Redaktor.az-a açıqlamasında Əməkdar müəllim, təhsil eksperti Sona Əliyeva Azərbaycanda 600-ə yaxın məktəbdə direktor vəzifəsinin boş qalması və xaricdə təhsil alıb Vətənə qayıdan gənclərimizin işsizlik problemi ilə bağlı danışarkən bildirdi.

"Digər tərəfdən, hər il yüzlərlə gənc xaricdə təhsil alıb Vətənə qayıdır, amma iş tapa bilmir. Bu da o deməkdir ki, biz beynəlxalq təhsil sisteminə çıxış yaradırıq, amma onun nəticəsini yerli strukturda dəyərləndirə bilmirik. Gənclər çox zaman diplomlarının tanınması, işə qəbul meyarlarının qeyri-şəffaflığı və təcrübə tələbləri ilə üzləşirlər. Yəni sistem onları xaricdə oxumağa təşviq edir, amma geri dönəndə qarşılarında qapalı mexanizm tapırlar. Əslində, bu iki problem bir-biri ilə sıx bağlıdır. Direktor yerlərinin boş qalması göstərir ki, idarəçilikdə yeni nəsil kadrların sistemə daxil olması üçün real mexanizm yoxdur. Xaricdə təhsil alan gənclər isə həmin sistemə daxil olmaq istəsələr də, onların potensialını qiymətləndirəcək struktur yoxdur.

Mənim fikrimcə, bu vəziyyət təkcə təhsil sahəsində yox, ümumilikdə dövlət kadr siyasətində yenilənmə və çevik planlama zərurətini göstərir. Təhsil sistemində "rəhbər" boşluğu yarananda, bu boşluq yalnız məktəblərdə deyil, gələcək nəsillərin inkişafında da hiss olunur. Biz indi elə bir mərhələdəyik ki, təhsildə idarəetmə sistemini yenidən düşünmək lazımdır. Kadr yetişdirmək kifayət deyil, o kadrı sistemdə saxlamaq, inkişaf etdirmək və ona etimad göstərmək lazımdır. Əks halda həm məktəblər rəhbərsiz qalacaq, həm də xaricdə təhsil alan gənclər bacarıqlarını başqa sahələrə və ya başqa ölkələrə yönəldəcəklər. Əgər biz təhsili inkişaf etdirmək istəyiriksə, sistemin əsas qayəsini - ədalətli seçim, şəffaflıq və insan potensialına etimadı bərpa etməliyik. Çünki təhsil idarəetməsi yalnız qayda və vəzifələrdən ibarət deyil, bu, ölkənin gələcəyini kimə etibar etdiyimiz məsələsidir", - deyə Əməkdar müəllim vurğuladı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Noyabr 2025 19:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see644

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see248

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see236

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see226

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see203

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see201

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see160

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see146

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see144

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see140

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see140

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see133

Ruslar ancaq “slavyan mənşəli” kirayəşinlər axtarırılar

01 Fevral 2026 20:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri