Icma.az
close
up
RU
Elə de ki, qəlbi qırılmasın!

Elə de ki, qəlbi qırılmasın!

Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.


Bir könül adamı deyir ki, ailənin xoşbəxtliyi üçün dörd şərt var: sevgi, səmimiyyət, sayğı və səbir. Hətta bəziləri bu saydıqlarımızı ümumiləşdirərək “Xoşbəxtliyin 4 “S” qanunu” da deyirlər. Hər biri çox mühüm amildir, ancaq səbir anlayışının xüsusi yeri var. Biz də bu yazımızda elə bu 4 “S”dən ən mühümünün, yəni səbirin ətrafında söz demək istəyirik.
***
Əvvəlcə işin lap kökündən başlayaq ki, arada qaranlıq söz qalmasın. Yəni, bir adam “Mənim qüsurum yoxdur” deyirsə, elə onun bu sözü qüsurun özüdür. Etiraf edək ki, hər birimizin qüsuru var və qüsurunu etiraf etməmək o qüsurların ən böyüyüdür. Adam gərək qüsurunu boynuna alsın ki, ikinci mərhələdə onu düzəltmək haqqında düşünsün. Yoxsa, birisi şeytan inadı ilə səhvinin üzərində durursa, ya da elə eyni inadla dediyindən dönmürsə, daha onunla danışmağın, həqiqət axtarışına çıxmağın nə mənası?!
***
Bu dediklərimiz xüsusilə ailə şəraitində özünü daha çox büruzə verir. Nahaq deməyiblər ki, ən qalın pərdə ən yaxın adamlar arasında olmalıdır. Qatarda uzaq bir səfərə çıxdığınızı düşünün və yol yoldaşınızla aranızda soyuqluq olduğunu təsəvvür edin. Bu o qədər də böyük dərd deyil. Çünki bir azdan mənzil başına çatacaqsınız və sağollaşsanız da, sağollaşmasanız da hərəniz bir tərəfə üz tutacaqsınız. Ancaq ailə elə deyil. Siz istəsəniz də, istəməsəniz də, axşam bir evə yığışmalı, bir süfrə axrasında oturmalısınız. Yəni, yol yoldaşı kimi üz çevirib getmək kimi bir imkanınız yoxdur. Ona görə də, hər şey səmimiyyətə söykənməli, qarşılıqlı hörmət üzərində qurulmalı, ən başlıcası isə tərəflər bir-birilərinin səhvlərini, qüsurlarını bilib onları bağışlamağı bacarmalıdır.
***
Mütəxəssislər ailədaxili münaqişələrin əsas səbəblərindən biri kimi tərəflərdən birinin digərinə qarşı diqqətsiz davranışını göstərirlər. Halbuki əgər iradımız varsa, onu elə şəkildə bildirməliyik ki, qarşı tərəfin qəlbini qırmayaq. Çünki onun qüsuru nə qədər olur-olsun, bizim bir könül qırmağımız qədər ola bilməz. Ona görə də, üslubu düzgün seçmək, qarşı tərəfə hörmət qoymaq və münasibətləri elə tənzimləmək lazımdır ki, qarşı tərəf də hər hansı sözə və ya irada ehtiyac qalmadan eyni səmimiyyəti, eyni hörməti, eyni münasibəti göstərsin.
Ola bilsin ki, nəsə xoşunuza gəlmədi. Ancaq siz fikrinizi müxtəlif cür ifadə edə bilərsiniz. Məsələn, “Çox pisdır” demək əvəzinə “Pis deyil, ancaq sənin imkanlarını tam ifadə etmir” deyə bilərsiniz. Bu istər yeməyin bişirilməsi məsələsində ola bilər, istər süfrənin bəzədilməsi məsələsində, istərsə də başqa bir məsələdə... Bir sözlə, siz bu yanaşmanı hər vəziyyət üçün tətbiq edə bilərsiniz. Çünki sizin ifadə seçiminiz qarşı tərəfi yüksəldə də bilər, alçalda da...
***
Sevənlər bir-birinin aynası olurlar. Hər kəs qarşı tərəfin çöhrəsində özünü görür. Hər ayna da qarşı tərəfi müxtəlif cür əks etdirir. Əgər arada sevgi varsa, əlbəttə, hər şey yaxşıya yozulacaq. Sevgi məsələsi isə hər gün yenilənməli, yeni ahəngə, yeni ritmə köklənməlidir. Bir şair deyir ki:
“Ürəyə girməyi bacarmaq azdır,
Ürəkdə qalmağı bacarmaq gərək”. (Məmməd Araz)
Yəni, sevgini qorumaq, hər gün, hər səhər təzə-tər tutmaq onu qazanmaqdan daha çətindir. Çünki sevgi təzələnməyəndə, yeni duyğularla bəslənməyəndə adiləşir, bayağılaşır və bütün gözəlliyini, təravətini itirir.
Başqa bir şair də eyni həqiqəti bir qədər başqa cür ifadə edir:
“Evlənən gününün sabahı günü
Qoymayın dünyanı adiləşməyə”. (Məmməd İsmayıl)
***
Bəzən deyirlər ki, sevginin gözü kor olur, yəni, qarşı tərəf nəyi necə edir-etsin, sevən onun əməllərində qüsur görə bilmir. Sevginin kor olması həm də qarşı tərəfin özündə qüsuru görə bilməmək deməkdir. Halbuki, biz insanıq və heç birimiz qüsurdan sığortalanmamışıq. Bir sözlə, hər birimizin səhvi də var, qüsuru da. Qüsuru doğru kimi görmək ya gözü çaş hala gətirər, ya da qarşı tərəfi bütləşdirər. Halbuki, biz bir-birimizi olduğumuz kimi görüb qəbul etməyi bacarmalıyıq.
Təcrübə göstərir ki, bir-birini bütün tərəfləri, zəif və ya güclü cəhətləri ilə tanıyıb evlənənlər sonrakı mərhələdə daha az problem yaşayırlar, hər şeyi asanlıqla yoluna qoya bilirlər. Sonradan meydana çıxan eyiblər, qüsurlar tərəflərin hələ bir-birini tanımadan qərar verdiklərini göstərir. Bu da tədricən müəyyən problemlərin meydana çıxmasına, müəyyən çətinliklərin yaşanmasına səbəb olur ki, bəzən bu mərhələ çox ağır bir sonluğa gətirib çıxarır. Gəlin, olduğumuz kimi görünək, göründüyümüz kimi olaq. Əmin olun ki, onda hər şeyin nə qədər gözəl, nə qədər səmimi olduğuna özünüz inanacaqsınız.
***
Bir mütəfəkkir deyir ki, ədalət hər kəsi layiq olduğu yerə qoymaq, hər kəsi layiq olduğu qədər sevməkdir. Yəni, işin başında bir insanı qüsursuz görmək o deməkdir ki, həqiqət ortaya çıxanda münasibətlərin dəyişməsi qaçılmaz olacaq. Bir qədər yuxarıda dediyimiz kimi, ən qalın pərdə ən yaxın adamlar arasında olmalıdır ki, münasibət tez qırılmasın, yəni bazara qədər deyil, məzara qədər davam etsin.
Bir də bu həqiqəti unutmayaq ki, insan ölənə qədər tərbiyə olunur və el arasında deyildiyi kimi, uzun müddət bir yerdə yaşayanlar bir çox hallarda həmrəng olmasalar da, həmxasiyyət olurlar. Yəni, ailə iki fərdin bir-biri ilə uzlaşması, bir-birinə uyğunlaşması olmalıdır. Üstəlik, bu uzlaşma, bu uyğunlaşma müsbət istiqamətdə olsa, tərəflər bir-birini tərbiyə etmiş olar.
***
Böyük bir fikir adamı deyir ki, “Mənim ustadım səhv etməz” düşüncəsinin özü səhvdir. Bir səhvə açıq insanlarıq və bilərək, ya da bilməyərək nə qədər səhv edirik. Öz səhvini etiraf etmək, qarşı tərəfdən üzr istəmək böyüklükdür. Əgər birisi sənə qarşı səhv edirsə, onu ona bildirməyin də müxtəlif yolları var. Məsələn, o səhvə elə notda cavab verə bilərsən ki, arada dərin bir uçurum əmələ gələr, ya da o səhvi elə bildirə bilərsən ki, qarşı tərəf səndən inciməz. Onu da unutmayaq ki, insanın hər əməli, hər davranışı nəticə etibarı ilə dönüb özünə qayıdır. Səhvdən xali olmadığını bilən insan qarşı tərəfin səhvini də anlamağı bacarar. Yoxsa, hər səhv üçün könül qırmaq doğru deyil. Və o atmosferdə nə sevgi qalar, nə də səmimiyyət...
Murad Məmmədov
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 22 Mart 2026 20:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see355

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see300

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see287

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see262

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see261

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see259

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see256

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see250

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see250

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see242

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see236

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see234

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see216

Gecə 1 dən gec yatanlarda infarkt riski artır

31 Avqust 2026 16:17see211

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see207

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see207

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see203

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see201

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see195

Yüksək dozalı venadaxili C vitamini yenidən apteklərdə! Preparatın idxalı bərpa olundu

31 Avqust 2026 17:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri