Icma.az
close
up
RU
“Elə etməliyik ki, heç bir bəhanəmiz olmasın” Dambrauskas

“Elə etməliyik ki, heç bir bəhanəmiz olmasın” Dambrauskas

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Çempionlar Liqasında TNS-ə qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 2:0 hesabıyla bitən matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

– Oyunçularımı təbrik edirəm. Azərbaycan futbol azarkeşlərini ÇL-dəki ilk qələbə münasibətlə təbrik edirəm. Çox çətin oyun alındı. Biz bunu toplanışda oyunçularla danışarkən bilirdik. Futbolçulara deyirdim ki, dərin müdafiə olunan komandalara qarşı daha çox çıxış edəcəyik. Belə rəqiblərlə oyunda daha çox səbirli olmalısan. Nəticədən çox məmnunam, amma hələ heç nə demək deyil. Bizi çətin səyahət gözləyir. Süni meydançada oynayacağıq. Sonuncu dəqiqələrdə təəssüf ki, Solvet qırmızı vərəqə aldı. Cavab matçında oynaya bilməsə də, onu əvəz edəcək futbolçularımız var. Səfərdə diqqətli olmalıyıq. Rəqib iki qol geridədir, bunu aradan qaldırmaq üçün buradakı kimi oynamayacaq, daha çox irəli atılacaq. Boşluqlar verəcəklər və biz də bundan yararlanmağa çalışacağıq.

– Solvetin qırmızı vərəqə alması cavab oyununda sizə nə dərəcədə çətinlik yaradacaq?
– Görəcəyik. Ötən mövsüm bəzi oyunlarımızı Solvetsiz də çıxış etmişik. Stiv bizim üçün önəmli oyunçudur, fantastik insandır. Onsuz bizə çox ağır olacaq. Çalışacağıq ki, bunun öhdəsindən gələk. Ehtiyatda onu əvəz edəcək 2 oyunçumuz var. Keyfiyyətli oyunçularımız var. Oyuna sonradan daxil olanlar da bunu göstərdilər.

– Daha böyük hesablı qələbə qazanmaq şansınız var idi. 2:0 hesabı cavab görüş öncəsi nə dərəcədə risklidir?
– Daha çox qollar vurmaq istəyərdik. Amma 2:0 da yaxşı hesabdır. Daha çox qollar gözləyirdim. İnanıram ki, səfərdə daha çox qol vura biləcəyik. Rəqib risk edəcək. Bugünkü oynadıqlarından fərqli olaraq cəsarətli çıxış edəcəklər. Boşluqlardan yararlanmalıyıq. 3:0, 2:0-dan daha yaxşıdır.

– Stiv Solvetə göstərilən qırmızı vərəqəyə görə veriləcək cəzanın təxirə salınması üçün UEFA-ya müraciət etməyi planlaşdırırsız?
– Azərbaycanda bütün futbol qaydalarına riayət olunur. Heç bir şeyə müdaxilə edilmir. Fikrimcə, hər bir lider işi ilə məşğul olmalıdır.

– Bir həftə ərzində yeni transferlər baş tuta bilər?
– Əlbəttə bu barədə danışmaq erkəndir. Səfər oyunumuzda daha çox bərpa prosesinə fikir verəcəyik. Oyunçularımız daha yaxşı hazırlaşmalıdır. Hazırda orada kimlərin oynayacağını görəcəyimiz tezdir. Bizdə iş heç vaxt dayanmır, transfer pəncərəsi dayananda da, işləyəndə də. Bizim üçün ən önəmlisi Uelsdəki oyuna köklənməkdir. Daha sonra növbəti rəqibə diqqət edəcəyik. Zədələr də ola bilər. Ümid bəslədiyimizdən də aşağı şəkildə çıxış edə bilərlər. Onda çalışacağıq daha yaxşı oyunçu gətirək. Komandamızın kifayət qədər potensiallı oyunçuları var. Bunun üzərində də işləməliyik.

– Rəqib baş məşqçi daha çox uzun yoldan şikayətləndi. Siz də səfər görüşü üçün uzun yol qət edəcəksiz. Bu sizin üçün nə dərəcədə problem yaradacaq?
– Onlar necə bura gəlibsə, biz də uzun yol gedəcəyik. Süni meydançada oynayacağıq. Bu bir çağırışdır və bunu qəbul etməliyik. Elə etməliyik ki, heç bir bəhanəmiz olmasın.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 07 İyul 2026 23:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see320

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see310

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see302

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see294

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see289

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see280

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see271

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see260

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see256

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see253

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see244

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see224

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see221

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see213

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see212

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see202

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see184

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see182

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see173

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri