Icma.az
close
up
RU
“Elə İlham Əliyev özü də mənimlə birgə kövrəldi...” Fotolar

“Elə İlham Əliyev özü də mənimlə birgə kövrəldi...” Fotolar

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

“Prezidentimizlə görüşdə demək istəyib dilə gətirə bilmədiyim bircə o idi ki, Allah bu torpaqlar uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin. Mən öz oğlumdan ayırmamışam o igidlərin heç birini. Hər biri mənim balamdır”.

Bu sözləri ötən gün Prezident İlham Əliyevlə görüşü gündəm olan Vətən Müharibəsi şəhidi Samir Sarıyevin atası Əli Sarıyev “Qafqazinfo”ya təəssüratlarını danışarkən deyib:

“Məni kövrəldən o oldu ki, oğlum elə doğma Zəngilanımız, Qarabağımız üçün canından keçdi. İndi o torpaqlarda Prezidentlə görüşürdüm. Elə İlham Əliyev özü də mənimlə birgə kövrəldi. Tapşırıq verdi, ayrıca maraqlandılar, tək qoymadılar, çox sağolsunlar.

Samirin müharibəyə getməyi indiki kimi yadımdadır. Dostları ilə görüşə getmişdi. Gördüm ki, zəng gəldi, çağırıb soruşurdular. Dedi ki, saat 8-ə orada olacağam. Mən getdiyi gün bilmişəm ki, adını könüllü yazdırıb müharibəyə gedir. Tərifləmək istəmirəm amma komandiri, döyüş yoldaşları onun döyüşdəki şücaətindən danışırlar”.

Ə. Sarıyev Samir müharibədə olarkən onunla telefon danışıqlarından birini xüsusi vurğulayıb:

“Biz Zəngilandan köçkün düşəndə böyük oğlum hələ təzə-təzə addım atmağa başlayırdı. Samir isə anasının bətnində idi. Bir neçə ay sonra doğulacaqdı. Qismət olmadı oradakı evimizi o heç görməmişdi. Cəbhəyə gedəndə də anası 5 il idi ki, vəfat etmişdi artıq. Amma əsgərliyini görmüşdü.

Müharibədə olanda zəng vurdu ki, ata, Zəngilandakı evimizin yerini istinad verə bilərsən? Buradayam, tapmaq istəyirəm. Təxmini başa saldım.

Amma Zəngilanda döyüşsə də, dedilər ki, evimizi yenə görə bilməyib. İndi o evin açarını almağımın mənim üçün xüsusi mənası var idi.

Zəngilan şəhərinin mərkəzində küçələrin birinə də Samirin adı verilib. Açılışı dünən oldu”.

Şəhid atası sonda onu da bildirib ki, indi böyük oğlu, gəlini və məktəbli nəvəsi Aylinlə Samirin və onun kimi minlərlə şəhidin qanı bahasına qazandığımız Zəngilanda qürurla yaşayacaq.

Telli Minbir







Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 11 May 2026 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see360

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see343

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see303

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see272

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see247

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see216

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see206

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see201

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see198

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see195

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see190

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see183

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see179

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see173

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see172

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see170

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see167

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see167

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see165

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri