Ələ keçirilən Rusiya bayraqlı tankerin ekipajı mühakimə oluna bilər
Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
Şimali Atlantikada ələ keçirilən “Bella 1” (“Mariner”) tankerinin ekipajı cinayət təqibinə məruz qalır və lazım gələrsə, mühakimə oluna bilər.
Yeniavaz.com xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Levitt deyib.
“Ekipajın da daxil olduğu gəmi üçün məhkəmə həbs qərarı verib. Bu o deməkdir ki, ekipaj üzvləri indi federal qanunların müvafiq pozuntularına görə təqibə məruz qalırlar və lazım gələrsə, belə təqib üçün ABŞ-yə gətiriləcəklər”, - Levitt bildirib.
Ağ Evin mətbuat katibinin sözlərinə görə, “Bella 1” tankeri Venesuelanın “kölgə donanması”na aid olub və monitorinq müddətindən sonra ABŞ federal məhkəməsinin verdiyi order əsasında həbs edilib. Lavitt əlavə edib ki, gəmi sanksiya olunmuş neft daşıyırdı.
ABŞ ordusu dekabrın sonlarında “Bella 1” tankerini geri ələ keçirməyə cəhd etdi, lakin ekipaj Sahil Mühafizəsinin əmrlərini yerinə yetirməkdən imtina etdi, kursu dəyişdi və sonra göyərtədə Rusiya bayrağı çəkdi. Bir neçə gün sonra gəmi “Mariner” adlandırıldı və Rusiyanın Dəniz Gəmiçiliyi Reyestrinə daxil edildi. Yanvarın 7-də tanker Şimali Atlantik okeanında saxlanılıb.
Tankerin ələ keçirilməsindən sonra Rusiya Nəqliyyat Nazirliyi heç bir dövlətin digər dövlətlərin yurisdiksiyalarında müvafiq qaydada qeydiyyatdan keçmiş gəmilərə qarşı güc tətbiq etmək hüququna malik olmadığını bəyan edib, Rusiya Xarici İşlər Nazirliyi isə ABŞ-dən gəmidəki ruslarla insani və ləyaqətli rəftarın təmin edilməsini və onların vətənlərinə tezliklə qayıtmasına mane olmamasını tələb edib.
Bu mövzuda digər xəbərlər:Makron ələ keçirilən Rusiya aktivlərində maraqlıdır
12 Mart 2025 20:26
Kanada ələ keçirilən Rusiya pullarını Ukraynaya ödəyir
25 Fevral 2025 09:23
Partlayan tankerin sahibi Rusiya ilə əlaqəsini kəsdi
02 Dekabr 2025 23:31
"TerPetrosyan Ermənistanda mühakimə oluna bilər” Sahib Məmmədov
07 Yanvar 2025 15:44
Rusiya Kupyanskı ələ keçirdi
20 Noyabr 2025 23:07
Baxış sayı:37
Bu xəbər 07 Yanvar 2026 22:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















