“Elə kişilər var ki, atası onun əvəzinə bir lək soğan əksəydi, daha yaxşı olardı”
Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Camaatımız niyə illah da oğlan uşağı arzulayır? Nədir bu arzunun kökündə yatan əsl səbəb?”
“Yeni Sabah” xəbər verir ki, bu ritorik sualları yazıçı Seymur Baycan sosial şəbəkə hesabında yazıb. O, qeyd edib ki, yəqin düşünürlər ki, qız çıxıb ərə gedəcək, ata ocağında oğlan çıraq yandıracaq:
“Amma buna zəmanət yoxdur. Elə oğlanlar tanıyıram ki, bəd əməlləri ilə nəinki ata ocağının, hətta bütün nəslin çırağını söndürüb. pizza hut
Mən nə qədər ailələr tanıyıram ki, oğlan uşaqları ailənin başına olmazın bəlaların gətiriblər, axırda ata-ananı atıb gediblər keflərinin dalınca. Qocalara baxmaq isə qızların öhdəsinə düşüb. Nə fərqi var, oğlan, ya qız uşağı? Əsas odur övlada normal tərbiyə, təhsil verilsin.
Elə kişilər var ki, danışığına, hərəkətlərinə baxırsan, deyirsən ki, atası bunun əvəzinə bir lək soğan əksəydi daha yaxşı olardı”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 19 Avqust 2025 11:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















