Icma.az
close
up
RU
Menu

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Ən çox qazanan televiziya aktyorları...

“Elə ola bilər ki, İran rejimi getməsin və ölkədə Suriya variantı yaransın...”

“Elə ola bilər ki, İran rejimi getməsin və ölkədə Suriya variantı yaransın...”

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“ABŞ-ın oraya gətirdiyi quru qüvvələrinə baxsaq, İraq savaşı dövründə 150 minə qədər piyada toplanmışdı, amma hazırda bölgədə təxminən 30-40 min civarında ABŞ əsgəri mövcuddur. Bu da göstərir ki, İranla baş verə biləcək bir müharibə iki şəkildə ola bilər...”

“İran ətrafındakı son vəziyyət, əlbəttə ki, çox gərgindir. Bir yandan bölgədə və regionda olan ABŞ hərbi qüvvələrinin və texnikasının toplanmasını görürük ki, bu da bizə İraqa qarşı 2003-cü il müharibəsini xatırladır. Hərçənd o dövrdə bölgədə 4 və ya 6  aviadaşıyıcı gəmi vardı. Və ondan sonra 2007-2008-ci illərdə, həmçinin 2017-ci ildə də ABŞ-ın hərbi qüvvələrinin və loqistik baxımdan da bölgədə eyni şəkildə cəmləşməsini müşahidə etmişdik”. 

Bunu Moderator.az-a açıqlamasında İran ətrafında baş verən son hərbi-siyasi proseslərdən danışan Güney Azərbaycanlı Jurnalist və beynəlxalq əlaqələr üzrə ekspert, jurnalist, Almaniyanın Köln Universitetinin professoru Rıza Talebi bildirib. 

Ekspert hesab edir ki, Amerika qüvvələrinin regiondakı “budəfəki cəmləşməsi dənizdə və havada olsa da, əvvəla, əsasən hava müdafiə raketləri ABŞ-ın regiondakı, xüsusilə də ərəb ölkələrindəki bazalarını qorumaq məqsədilə toplanıb. İkincisi də, ABŞ-ın oraya gətirdiyi quru qüvvələrinə baxsaq, İraq savaşı dövründə 150 minə qədər piyada toplanmışdı, amma hazırda bölgədə təxminən 30-40 min civarında ABŞ əsgəri mövcuddur. Bu da göstərir ki, İranla baş verə biləcək bir müharibə iki şəkildə ola bilər: ya məhdud miqyaslı bir hücum olacaq, ya da kollektiv şəkildə hücum edilərsə, bu əsasən İsrail vasitəsilə həyata keçiriləcək. ABŞ isə burada logistika və hava müdafiəsi sahəsində dəstək verəcək. Misal olaraq, “Cerald Ford” təyyarədaşıyıcı gəmisi Aralıq dənizində, “Avraam Linkoln” gəmisi isə Ərəbistan və ya Oman dənizindən hücuma dəstək verəcək. Yəni  həmin gəmilər vasitəsilə  “Tomahavk” raketləri və  digər vasitələrdən istifadə ediləcək”.

Ardınca Rıza Talebi belə deyib:

“Bəs bu əməliyyatların hədəfləri nələr ola bilər? Əgər məhdud bir əməliyyat olarsa, həmin hədəflər “SEPAH” qüvvələri və bazaları, Əli Xamenei və ona bağlı şəxslər ola bilər. Bu zərbələrin nəticəsi nə ola bilər? Rejim bu şəkildə dağıla bilərmi? Bu da bir çətin sualdır. Hətta ABŞ Dövlət katibi Mark Rubio da Konqresdə  bu suala cavab verməkdə çətinlik çəkdi. Çünki hər an İran daxilində vətəndaş müharibəsinin də başlaması ehtimalı da var. Bu da onunla nəticələnə bilər ki, rejim hakimiyyətdən getməsin və  ölkədə Suriya variantı yaransın. Yəni vətəndaş savaşı illərlə davam etsin. Və yaxud  bu hücumlarla, xüsusilə nöqtə zərbələri ilə paralel olaraq, ölkə daxili ilə bir koordinasiya şəraitində rejimin dəyişməsi mümkün ola bilər.

Üçüncü variantda ABŞ tərəfindən eyni təzyiq davam edər və bu, İranda etirazların getdikcə artmasına və nəticədə inqilaba və çevrilişə səbəb ola bilər. Lakin digər tərəfdən, göründüyü kimi, müzakirələr də davam edir. Ancaq bu danışıqların nə qədər güclü olduğu hələ də bəlli deyil. Çünki İran proksi-qüvvələrə dəstəkdən əl çəksə də, ballistik raket istehsalı məsələsində geri çəkilməyib.”

Güneyli jurnalistin sözlərinə görə, İranın gələcək taleyi üçün digər əsas məsələlərdən biri də nüvə məsələsidir: 

“MAQATE rəhbəri Rafael Qrossi  tərəfindən verilən təklifə görə, İran simvolik olaraq uranın zənginləşdirməsini davam etdirə bilər. Amma həmin zənginləşmə 0.6 və ya 3.6%-dən yüksək olmamalıdır. Eyni zamanda bu proeses atom enerjisi ekspertləri tərəfindən nəzarət altında olmalıdır. ABŞ bu təklifi qəbul edərmi-etməzmi- bunu da demək çətindir, çünki İranın mövqeyi bu məsələdə zəifdir. Daxildə də şiddət səviyyəsində bir  narahatlıq mövcuddur. Odur ki, ABŞ ilə həftə sonu Cenevrədə gözlənilən görüşlərdə iranlı diplomatların hansı mövqedən, necə çıxış edəcəkləri bəlli deyil. ABŞ ilə keçici bir anlaşma əldə ediləcəkmi, yoxsa heç bir irəliləyiş olmayacaq?” 

Ekspert belə düşünür ki, ortada İsrail məsələsinin də olması İranın vəziyyətini daha da çətinləşdirir. 

“Əgər İsrail ilə bir atəşkəs razılaşması baş tutmazsa, qeyri-rəsmi olsa da, ABŞ İranla anlaşa, amma İsrailin əlini açıq qoya bilər. Və nəticədə İsrailə hər hansı bir hücum olacağı halda onun özünü ötən dəfəki kimi müdafiə etmə imkanı da var. Bu baxımdan, əsas faktorlardan biri İsraildir”, -deyə Rıza Talebi vurğulayıb.

Sultan Laçın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 Fevral 2026 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see286

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see282

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see265

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see261

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see238

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see229

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see225

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see216

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see215

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see214

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see211

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see209

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see207

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see199

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see196

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see191

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see185

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see177

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see173

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri